Accessibility links

2011:ABŞ-da təbii fəlakətlər ili

  • Amerikanın səsi

2011:ABŞ-da təbii fəlakətlər ili

2011:ABŞ-da təbii fəlakətlər ili

2011-ci ildə ekstremal hava şəraiti yeni rekordlar sındırıb. Təkcə ABŞ-da təbii fəlakətlər milyonlarla insanı təsirinə məruz qoyub. Minə yaxın adam həlak olub, səkkiz min insan xəsarət alıb, fəlakətlərin vurduğu ziyan 52 milyard dollar təşkil edib.

Ötməkdə olan bu il ərzində Amerikanın müxtəlif bölgələri təbii fəlakətlərlə üzləşib. Bu ölkədə bu il 1600 tornado qeydə alınıb. Bir il ərzində baş verən 12 təbii fəlakət 1 milyard dollarlıq ziyana səbəb olub.
Texas, Nyu-Meksiko və Oklahoma ştatlarında quraqlıqlar olduqca baha başa gəlib. Quraqlığın vurduğu ziyan 8 milyard dollarla ölçülür. Qlobal istiləşmənin bu fəlakətlərlə əlaqəsi olduğu sübut edilməsə də, ekspertlərin proqnozları doğrulub.

XS
SM
MD
LG