Accessibility links

2012-ci il Qızıl Qlobus mükafatı mərasimi


2012-ci il Qızıl Qlobus mükafatı mərasimi
2012-ci il Qızıl Qlobus mükafatı mərasimi

Dünən Los Ancelesdə film və televiziya ulduzlarının iştirakı ilə Qızıl Qlobus mərasimir təşkil edilib.

“The Artist” adlı səssiz Fransa filmi və drama janrında çəkilmiş “The Descendents” ABŞ filmi bu ilin Qızıl Qlobuslarının qalibi oldular.

“Artist” filmi ən yaxşı komediya və ya müzikal, ən yaxşı aktyor və ən yaxşı orijinal kino film kateqoriyaları üzrə Qızıl Qlobos mükafatı alıb. Jan Dujardin ən yaxşı aktyor adına layiq görülüb.

“The Descendents” filmi iki mükafatəldə etməıklə qalib olub. Ən yaxşı drama və ən yaxşı dramatik rola görə Corc Kluni Qızıl Qlobus mükafatına sahib olub.

Ən yaxşı xarici film mükafatını Çin, Belçika, İspan filmlərini və Ancelina Colinin çəkdiyi “In The Land of Blood and Honey” filmini üstələyən İranın “A Separation” filmi qazanıb.

Showtime kanalından yayımlanan “Homeland” serialı ən yaxşı televiziya dramı və ən yaxşı dramatik akstrisa adına Kleyr Deyns layiq görülüb.

Kelsi Qrammer “Boss on Starz” filmində yaratdığı rola görə ən yaxşı aktyor adını qazanıb.

ABC kanalından yayımlanan “Modern Family” ən yaxşı komediya filmi kimi Qızıl Qlobus mükafatının qalibi olub.

“İron Lady” filmində Marqaret Teççer roluna görə veteran aktrisa Meril Strip ən yaxşı aktrisa kimi mükafat alıb.

“My Week with Marilyn” musiqili komediya filmində Merlin Monro rolunu yaradan Mişel Viliams ən yaxşı aktrisa kimi Qızıl Qlobus mükafatı alıb.

XS
SM
MD
LG