Accessibility links

2012-ci ildə Bağdadda Azərbaycan səfirliyi açılacaq


2012-ci ildə Bağdadda Azərbaycan səfirliyi açılacaq

2012-ci ildə Bağdadda Azərbaycan səfirliyi açılacaq

Azərbaycan və İraq ikitərəfli əlaqələrin, o cümlədən enerji, iqtisadi, siyasi və mədəni əlaqələrin perspektivlərini müzakirə edib.

Noyabrın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İraqın Bakıda səfərdə olan xarici işlər naziri Huşyar Zebari birgə mətbuat konfransında 2012-ci ildə Bağdadda Azərbaycan səfirliyinin açılacağını bəyan edib. Tərəflər danışıqlarda ikitərəfli əlaqələrin, o cümlədən enerji, iqtisadi, siyasi və mədəni əlaqələrin perspektivlərini müzakirə edib.
“Bu ilin sonunadək İraqdan bütün xarici qüvvələr çıxacaq. Bu gün Azərbaycan prezidenti ilə səmimi görüşümüz olub. Mən Azərbaycana İraqı dəstəklədiyinə və Azərbaycan qoşunlarının İraqın diktaturadan demokratiyaya keçidində iştirakına görə təşəkkür etdim. 2012-ci ildə İraq Bağdadda Azərbaycan səfirliyinin açılacağını səbirsizliklə gözləyir”, - cənab Zebari qeyd edib.
Nazirlər iki ölkə arasında diplomatik və siyasi məsləhətləşmələrin davam edəcəyini bildirib. “Diplomatik və şəxsi pasportlar üçün viza rejiminin aradan qaldırılması, ikiqat vergidənqaçma, iqtisadi əməkdaşlıq, xüsusilə neft və qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Nazir Məmmədyarov İraqın gənc diplomatlarını Azərbaycan Diplomatik Akademiyasında təhsil almağa dəvət etdi”, - o vurğulayıb. İraqlı nazir həmçinin Azərbaycan şirkətlərinin İraqda infrastrukturun yenidən qurulmasında iştirak etməyə dəvət edib. Tərəflər həmçinin regional və beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunub. “İraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına tərəfdarıdır”, - cənab Zebari qeyd edib.

XS
SM
MD
LG