Accessibility links

May ayının 2-i Üsama Bin Ladenin öldürülməsinin birinci ildönümüdür

  • Amerikanın səsi

2012-ci ilin may ayının 2-i Üsama Bin Ladenin öldürülməsinin ildönümüdür. İllərlə sürən axtarışdan sonra o, Pakistanın Abbotabad şəhərində aşkar edilərək, öldürülmüşdü. Bin Ladenin evindən götürülən komyuter onun və Əl-Qidənin fəaliyyəti barədə kəşfiyyatı önəmli məlumatlarla təmin edib.

Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klapperin Amerikanın səsinə bildirdiyinə görə, Bin Laden həmin vaxt daha sonra “Ərəb baharı” kimi tanınan hərəkatın Əl-Qaidənin fəaliyyətini arxa plana çəkə biləcəyindən narahat idi.

Səudiyyə Ərəbistanında varlı bir ailəyə mənsub olan Üsama Bin Laden əvvəlcə Əfqanıstanda Sovetlərin işğalına qarşı Əfqan mücahidlərlə bir yerdə mübarizə aparıb. Daha sonra başqa terror fəaliyyətlərinə davam etdiyi bir zamanda Birinci Körfəz Müharibəsi vaxdı Səudiyyə Ərəbistanı ərazisində ABŞ qoşunlarının yerləşdirilmə etiraz olaraq və ABŞ qoşunlarını müqəddəs qəbul elədiyi Səudiyyə ərazisindan çıxartmaq üçün 90-cı illərdə Əl Qaidəni təsis edib. Dünyanın çoxlu ölkələrində xüsusilə Birləşmiş Ştatlara məxsus hədəflərə qarşı çoxlu terror əməliyyatlarının həyata keçirilməsində aparıcı rol oynayıb.

Üsama Bin Ladenin öldürülməsinin üzərindən bir il keçsədə Əl Qaidənin fəaliyyətləri davam edir və terrorçuluğun qarşısının alınmasında bəzi uğurlar əldə olunsa da hələ də arabir hücumlar həyata keçirilir.

Əl Qaidə və Talibanın ən güclü olduğu yerlər on ildən artıqdır davam edən əməliyyatlara baxmayaraq Pakistanın Əfqanıstanla sərhəddinə yaxın bölgədə tayfaların nəzarətindəki şəhər və qəsəbələrdə bu qruplar hələ də güclüdürlər.

XS
SM
MD
LG