Accessibility links

2013-cü il üçün "Green Card" lotoreyasına müraciətlər noyabr ayının 5-də başa çatacaq (audio)


2013-cü il üçün "Green Card" lotoreyasına müraciətlər noyabr ayının 5-də başa çatacaq (audio)
2013-cü il üçün "Green Card" lotoreyasına müraciətlər noyabr ayının 5-də başa çatacaq (audio)

2013-cü il Green card lotoreyasına müraciət üçün möhlət şənbə günü noyabr ayının 5-də başa çatacaq. Xatırladaq ki, neçə ildən bəri Green card lotariyasına müraciətləri yanlız internetdə Dövlət Departamentinin rəsmi saytında etmək mümkündür (www.dvlottery.state.go). Bir adam hər il bir dəfə müraciət edə bilər, birdən çox müraciət etsə onda onun müraciəti ləqv olunur. Yalnız internet vasitəsi ilə keçirilən Green card lotoreyasının 50000 qalibi Birləşmiş Ştatlarda yaşaya və işləyə biləcək. Müraciət vaxtının başa çatmasına az vaxt qalması səbəbi ilə dünyanın hər tərəfində internet kafelərində biznesin artdığı bildirilir. Rəsmilər bu il 15 milyon adamın Green card lotoreyasında iştirak edəcəyini təxmin edir. Müraciət üçün departamentin saytında başqa dillərlə yanaşı rus və türk dillərində də məlumat verilib.

İngilis dilində link

http://travel.state.gov/visa/immigrants/types/types_1318.html

Rus dilində link

http://travel.state.gov/pdf/DV_2013_instructions_RU_cor.pdf

Türk dilində link

http://travel.state.gov/pdf/DV_2013_Instructions_Turkish.pdf

Addis Ababa məhəlləsində komaya qarovul çəkən Yusif Tamiru Amerika həyatı arzusu ilə yaşayır. Onun qarovluçu işi ona ayda yerli pulla təxminən 50 dollar qazanc gətirir. Bu pull onun, onun həyat yoldaşı və qızının dolanışığı üçün kifayət deyil. Yusif deyir ki, Birləşmiş Ştatlarda yeni həyat əldə etmək ona Amerikada kifayət qədər pul qazanaraq ailəsini dolandırmaq üçün şərait yaradacaq.

Yusif Tamiru: “Mənim arzum bəxtim gətirərsə Amerikaya gedərək orada işləmək və qazandığım pulları qızıma və həyat yoldaşıma göndərməkdi.”

11 ildir ki, Yusif internet kafeyə gedir və internet səhifəsində başqalarının köməyi ilə Green card lotoreyasına müraciət üçün qeydiyyata düşür. Qeydiyyata düşməyə yardım üçün o, 60 sent dəyərində pul ödəyir. Hər il qeydiyyata düşənlərin sayının artması onu narahat edir. Ona görə ki, iştirakçıların sayı artdıqca onun udma şansı azalır.

Yusif Tamiru: “İnsanın bəxti varsa Green carda bir dəfə müraciət edəndə udur. Mənə elə gəlir ki, mənim bəxtim yoxdu, ona görə mən uduzuram.”

ABŞ konsulluğunun rəsmiləri deyir ki, bir çox saxdakar operatorlar Green card udma şansını artırma yolları haqda saxta vədlər verərək insanlardan böyük məbləqdə pul toplayır. ABŞ Dövlət Departamenti özlərini ABŞ hökumətinin səhifəsi kimi qələmə verərək böyük məbləqlər tələb edən saxda veb-səhifələr barə xəbərdarlıq edib.

Konsulluğun rəsmilərinin sözlərinə görə Green carda müraciət edən insanlar Dövlət Departamentinin veb-səhifəsinə qeydiyyata alındıqları vaxt verilən şəxsi şifrələrini daxil edərək udub-udmadıqlarını öyərənə bilərlər. Oktyabr ayının 4-də başlayan 2013-cü il Green card lotoreyasına müraciət müddəti noyabrın 5-dək davam edəcək. Lotoreyada iştirak etmək istəyənlər www.dvlottery.state.gov veb səhifəsinə müracət edə bilər. ABŞ Dövlət Departamentinin bu rəsmi saytında lazımı bütün məlumatlar verilir. Qeyri-rəsmi olaraq və pul qarşılığında bu qeydiyyatı edən saytlara qarşı sayıq olmağa ehtiyac var. Müraciət saytda göstərilən ölçüdə şəkil və bir neçə şəxsi məlumatın verilməsindən ibarə. Hətda yüklədiyiniz şəkil tələbə cavab vermirsə sayt bunu da sizə bildirir və ən axırda qeydiyyatınızın başa çatdığını sizə bildirmək və vaxtı gələndə udub-udmadığınızı yoxlamaq üçün sizə qeydiyyatın təstiqi nömrəsi verilir.

Green card loteriasının bəzi şərtləri aşağıdakılardı:

Bir adam hər il yalnız bircə dəfə müraciət edilə bilər. Qəbul olunacaq şəxslər ən azı orta təhsilə, son beş il ərzində iki illik treyning tələb edən iki illik iş stajına malik olmalıdır.

ABŞ Dövlət Departamenti poçt vasitəsi ilə müraciətləri qəbul etmir. Mühacirət edənlərin özləri, həyat yoldaşları və 21 yaşından aşağı uşaqları haqda tələb olunan məlumatları təqdim etməlidir. Prosesi tezləşdirmək üçün lotoreyaya vəkillər vasitəsi ilə də müraciət etmək mümkündür.

Dövlət Departamentinin məlumatına görə müraciət pulsuzdur. Lakin möhlət bitmədən əvvəl anketin təqdimatı olduqca mühümdür.

Green card vizası əsasında Amerikaya mühacirət edənlərə maliyə və ya digər növ yardımlar göstərilmir. Onlar ictimaiyyətə yük olmayacaqlarını sübut etməli, xərclərini ödəmək üçün sponsor və ya iş tapmalıdırlar. Belə ki, Loteriyada udmaq vizanı almaq üçün kifayət etmir. Udan şəxs konsulluğa və ya ABŞ-da isə mühacirət idarəsinə müraciət edir onunla müsahibə keçirilir. Namized lazımı sənədləri təqdim etməli və müsahibədə verilən suallara cavab verməlidir. Müsahibəni aparan məmur hansısa bir səbəbə görə vizanın verilməsinin qarşısını almaq səlahiyyətinə malikdir.

XS
SM
MD
LG