Accessibility links

1989-cu ilədək Berlin divarı Demokratik Şərqi Almaniyanı Federal Almaniya respublikasından ayırırdı. 1950-ci illərdən iqtisadi baxımdan ağır vəziyyətdə olan şərqdən 270 min adam qərbə üz tutmuşdu. Bu insan axınının qarşısını almaq məqsədi daşıyan divar Şərqi təkcə Almaniyadan deyil, bütün Avropadan qoruyurdu. 1961-ci ilin avqust ayının 13 işə getməyə hazırlaşan insanlara qarşılarındakı silahlı əsgərlər şok təsiri buraxmışdı. Şəhəri ikiyə bölən sərhəddə amerikalı və rus əsgərlər qarşı-qarşıya gəldi. Üçüncü Dünya Müharibəsinin qarşısı son anda alındı. Berlin divarını o zaman ziyarət edən ABŞ prezidenti Con F. Kennedi özünü berlinli elan edərək, Qərbi belinlilərin müdafiəsinə söz verdi. Uzunluğu 166 km olan Berlin divarı Şərq üçün blokada oldu. Rusların istilasından qorxan qərbli almanlar divarın inşasından iki ay sonra Türkiyə ilə işçi qüvvəsinə dair razılıq imzaladı. Türkiyədən Almaniyaya üz tutan işçilər orada kök salmaqla yanaşı, qərbin iqtisadiyyatını tənəzzüldən xilas etdi. 28 il, başqa sözlə 20 315 gün ömrü olan bu divar 1989-cu ilin noyabr ayının 9-da yıxıldı. Lakin o zamanadək yüksək qiymət verilən türk işçi qüvvəsi Berlinin birləşməsindən sonra iş yerlərinin bağlanması və başqa yerlərə köçürülməsi ilə işsiz qaldı. Berlinin türk icmasının sözçüsü Səftər Çinar divarın yıxılması ilə başlayan dövrün qaçqın düşmənçiliyi yaratdığını bildirir. “Berlin divarı yıxıldıqdan sonra Berlin sənayesi çökdü. Türklərin çalışdığı yardımçı işlər də aradan qalxdı. Buna görə onlar Qərbə üz tutdu. Lakin irqçilik səbəbi ilə onların iş yerləri, dükanları hücumlara məruz qaldı. Bir çoxları yenidən Şərqə-işsizliyə üstünlük verdi”.

İşsizlik üzündən Qərbi Berlinə qaçmağa çalışan insanlar arasında ciddi təhlükəsizlik tədbirləri səbəbi ilə itkilər də olub. 239 adam divarı aşarkən həyatını itirib. Berlin divarının qurbanları arasında 1972 və 75-ci illərdə divarın önündəki çaya düşüb boğulan iki türk uşağı da var. Qərbi Berlin əsgərlərinin yardım etməməsi səbəbi ilə ölən Cəngavər Katrancı və Çətin Mərt adlı uşaqların xatirəsinə Berlinin türk məhəlləsi Kreuzberqdə abidə salınıb.

XS
SM
MD
LG