Accessibility links

İran Azərbaycanında 28 Traktor azarkeşi məhkum edildi

  • Insafəli Hidayət

İran Azərbaycanında 28 Traktor azarkeşi məhkum edildi

İran Azərbaycanında 28 Traktor azarkeşi məhkum edildi

Təbrizin Ümumi Məhkəməsi Trakxtor komandasının 28 azərbaycanlı azarkeşini cəzalandırıb. HRANA vebsaytı və Öyrənci onlayn məcmuəsinə istinadən yazır ki, bu 28 nəfər Təbrizin Ümumi Məhkəməsinin 104-cü şöbəsində mühakimə olunublar, və üst-üstə 186 ay həbs və 610 şallağ cəzası alıblar.

"Kodoom" vebsaytına əsasən hakim Kiyanuş Şukuh-tazədir, müttəhimlərin səkkizinin adları Miylad Məhəmmədiyan, Səccad Qeybi, Səyid Qeybi, Bəhmən Məhərrəmi, Bəhmən Muradi, Səməd Muradi, Behzad Bəhrəmənd və Qurban Qurbanzadədir. Məhkəmə onların hərəsinə 21 ay həbs və 50 qamçi cəzası verib.

Səkkiz müttəhimə qarşı irəli sürülən rəsmi ittihamlar "asayişi pozmaq", "polis əmrinə tabe olmamaq", "polisin əmlakına zərər vurmaq"-dır. Məhkəmə qərarında iddia olunur ki, bu şəxslərdə habelə biədəb şəkillər olub.

Həmin hakim digər 13 Traktor azarkeşi - Ehsan İmamverdi, Mehdi Sasani-basmınc, Məhəmməd Bafəndə, Miylad Əbdulzadə, Həsen Rəhimi, Səccad Məhmudi, Əli Yarı-səraclı, Məhəmməd Nuri, Vəhid Babazadə, Əli Əmanət, Həmzə Rəsuli, Mehdi Babayı və Fərəmərz Poladpuru – asayişi pozmaq ittihamı ilə 91 gün həbs və 20 şallağ cəzasına məhkum edib. Xəbərdə əlavə olunur ki, məhkəmənin cəzalar iki il müddətli şərti xarakter daşıyır. Cəzanın şərtinə əsasən əgər bu şəxslər növbəti iki ildə qanun pozuntusuna yol verməsələr, cəzalar icra olunmayacaq.

Qalan digər yeddi Traktor azarkeşinin - Həsən Pinəvər, Mehdi Fəthi-Azər, Əfşar Zare, Məhəmməd Məhəmmədpur, Ətabək Cəbbari, Peyman Şucayi, Məcid Məhəmməd-əkbəri və Əmir Kuh-buluri-nin yaşları 18-dən aşağı olduğu üçün onların məhkəmə işi Uşaq Məhkəməsinə həvalə olunub.

Ümumi Məhkəmənin 104-cü şöbəsi Səccad Mahmudi, Əli Yari-siraclı, Məhəmməd Nuri, Vəhid Babazadə, Əli Əmanət, Həmzə Rəsuli, Mehdi Babayi və Ətabək Cəbbari əvvəllər qanun pozuntusuna yol vermədikləri üçün, onlara həbs cəzası əvəzinə 200 dollar (200,000 Tümən) cərimə verib.

27 azərbaycanlı futbol azarkeşi Traktorun Qum şəhərinin Səba komandası ilə oyunundan sonra həbs olunmuşdular.

XS
SM
MD
LG