Accessibility links

3 Amerika vətəndaşı İrana qeyri-qanuni kompyuter təchizatı satmaqda ittiham edilib


3 Amerika vətəndaşı İrana qeyri-qanuni kompyuter təchizatı satmaqda ittiham edilib
3 Amerika vətəndaşı İrana qeyri-qanuni kompyuter təchizatı satmaqda ittiham edilib

ABŞ Ədliyyə Nazirliyi 3 Amerika vətəndaşının İrana qeyri-qanuni şəkildə milyonlarla dollar məbləğində kompyuter təchizatı satmaqda ittiham edildiyini bildirib. Nyu-Yorkdan Cenq Şihin Sunrise Technologies şərkəti İranla ticarət məhdudiyyətlərinin pozulmasınada dair 13 maddə daxil edilməklə, 27 maddə üzrə ittiham edilir. Onu 20 illik həbs cəzası və 1 milyon dollar məbləğində cərimə gözləyir. Eyni ittihamlarla Kaliforniya ştatının Online Micro şirkətindən Məsud Həbibion və Möhsen Motamedian üzləşib. Ədliyyə Nazirliyinin bildirdiyinə görə, onlar Dubayda yerləşən ofisləri vasitəsi ilə İranla ticarət əlaqəsi qurublar.

XS
SM
MD
LG