Accessibility links

30 dollara həbsxana gecəsi


30 dollara həbsxana gecəsi
30 dollara həbsxana gecəsi

Ötən həftə sonu Missuri şatatının Cefferson şəhərinin rəsmiləri gecələmək üçün yerli həbsxananın qapılarını açıb. 30 dollara həbsxanada gecələmək istəyənlərin sayı 170 nəfər olub. Bunlara vəkillər, müxtəlif ştatların sakinləri və evliliklərinin birinci ildönümünü qeyd edən cütlük daxil idi. Beləliklə ”günahsız məhbuslar”a həbsxana məişəti ilə tanış olmaq nəsib olub. Kamerada gecə keçirənlər oraya bir daha qayıtmaq istəmədiklərini deyiblər. Həbsxana işçiləri vəziyyəti reallığa yaxın saxlamağa çalışıb-“məhbuslar”ın mobil telefonları və digər şəxsi əşyaları əllərindən alınıb, şəkilləri çəkildikdən sonra kartotekaya salınıblar.
Kameraların qapıları onların arxasından bağlanmasa da, məhdudiyət hissi güclü olub. 60 yaşlı jurnalist Bob Uotsonun dediyinə görə, həbsxana şətrlərinə tam riayət edilməsə də, arxasından qapılar bağlanan insanın nə hiss etdiyini anlamaq çətin olmayıb. Bundan əlavə darıxdırıcı atmosfer və televiyanın yalnız bir kanalı olması, ətrafdakı daimi səs-küy olduqca sıxıcı olub. “Məhbuslar” nazik döşəkli dəmir çarpayılarda yatıb. Səhərədək kamerada işıq yanıb. Həbsxana mətbəxi də “qonaqlar”ını əzizləməyib. Şam yeməyində makaronla pendir və hind quşu əti, desertə isə qəhvə poroqu. Həbsxana qonaqları yeməyi “ləzzətli” adlandırıblar. İştirakçıların hər biri “həbs müddəti”ni başa vurduqdan sonra suvenir kimi qeydiyyat şəkillərini, üzərində həbxanada gecələdikləri yazılan köynəklər alıb. “Məhbuslar”dan alınan vəsait həbsxana rəisinin ofisinin təmirinə, qalanı isə xeyriyyəçiliyə sərf ediləcək.


XS
SM
MD
LG