Accessibility links

Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"


Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"

Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"

Rusiya-Gürcüstan müharibəsinin başlamasının 3 ili tamam olur. Gürcüstanla Cənubi Osetiya arasındakı müvəqqəti atəşkəs xətti belə görünür asta-asta daimi sərhədə çevrilir.

Üç il əvvəl, 2008-ci ilin 8 avqustunda Gürcüstanla Rusiya arasında hərbi münaqişə baş verdi. O vaxtdan bəri hələ də hər iki dövlət bir-birinə qəzəblidir. Müvəqqəti atəşkəs xətti belə görünür asta-asta daimi sərhədə çevrilir. Amerikanın səsi Gürcüstanın separatçı Cənubi Osetiya ilə sərhədindən reportaj hazırlayıb.

Qafqaz dağlarındakı bu qədim gürcü müşahidə qalası yenidən işə yarayır.

Qalanın zirvəsində avropalı müşahidəçi Adam Bartniçi təmas xəttinin Cənubi Osetiya tərəfində hərbi fəaliyyətləri izləyir.

Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"

Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"

Bəs o, nə görür? Tamamlanmaq üzrə olan iki Rusiya bazasından birini:

- “Bizim cavabdeh olduğumuz ərazidə Rusiya Federasiyasının 9 və ya 12 sərhəd mühafizəçisi var. Onlar göbələk kimidir.”

Barak və təhlükəsizlik işıqları ilə bu yeni bazalar Rusiyanın 5000 hərbi personalına ev sahibliyi edir. Bu rəqəm müharibədən əvvəlki saydan 10 dəfə çoxdur.

Yaxınlıqda, Lia Çlaçidze Gürcüstanın sərhəd kəndi olan Ergenetidə qalan bir neçə mülki vətəndaşdan biridir.

O, qurumuş üzüm tağlarının və 140 gürcü fermasının qalıqları arasında yaşayır: “Valideynlərim işğal olunmuş ərazilərdə dəfn olunub. Kim bilir onların qəbrini ziyarət etməyin neçə il çəkəcək? Bu, bəşəri faciədir. Mən bu barədə göz yaşı axıtmadan danışa bilmirəm”.

Yerli hərbi yoxlama məntəqəsində yalnız itlər təmas xəttini keçə bilər.

Cənubi Osetiyalılar suvarma kanallarının qarşısını alıb. Və əlavə iki Rus bazası yolu bağlayıb.

Cənuba doğru Qori şəhəri Sovet Diktator İosif Stalinin doğulduğu şəhərdir.

Nanuli Pervaşvili 3 ailə üzvü ilə birlikdə aya 125 dollarla dolanır. O, müharibə başlayanda Cənubi Osetiyadan qaçıb: “Hər şeyi orada qoyub qaçdıq”.

Yaxınlıqda isə gürcü kişilər nərd oynayır. Şalva Erbakidze deyir ki, onlar daha evlərinə qayıda bilməzlər: “İşləmirik, Bizi işə götürmürlər. Çünki biz qaçqınıq”.

Paytaxt Tbilisidə müharibənin ildönümü yaxınlaşdığı bir vaxt debat qızışır.

Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"

Nino Burcanadze: "Gürcüstan hökuməti məğlubiyyəti bayram edir"

Müxalif siyasətçi Nino Burcanadze hökuməti məğlubiyyəti bayram etməkdə ittiham edir. “Keçən il hökumətə sual ünvanladım: Biz 8 avqustu fişənglər və konsertlərlə qeyd etdik. Soruşdum “Nəyi qeyd edirik, nə üçün qeyd edirik? Əgər biz nədəsə qələbə çalmışıqsa, nə üçün mən də daxil olmaqla heç kəs bundan agah deyil?””

Xarici İşlər Nazirliyinin mətbuat katibi Tornike Qordadze belə bir cavab verib: “Biz sağ qaldıq. Bu bizim dövlətçiliyimizin məhv edilməsinə cəhd idi. Müharibənin əsl səbəbi iki regionun işğalı deyildi. Gürcüstan ərazisinin 20 faizi indi də işğal altındadır. Ancaq əsl səbəb hazırki hökuməti, hazırki rejimi məhv etmək, Gürcüstanda yeni rejimi dəyişmək idi.”

Gürcüstan bununla Qərbə daha da yaxınlaşdı. İndi ABŞ hərbi dənizçiləri gürcü əsgərlərə təlimlər keçir.

ABŞ səfiri Con Bass deyir ki, təlimlər Əfqanıstan üçün nəzərdə tutulub. Gürcüstan Avstraliyadan sonra Əfqanıstanda NATO üzvü olmayan ən çox hərbçiyə malik ikinci ölkədir: “Digər müttəfiqlər yardımlarını azaltdığı bir vaxt onlar öz səylərini artırırlar”.

Təlimlərin vaxtaşırı keçirilməsi Qərbin Rusiya ordusuna yalnız durbinlərdən baxmadığına aydın işarədir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG