Accessibility links

7 beynəlxalq şirkət Amerika hökumətinə 236 milyon dollar məbləğində cərimə ödəyəcək


7 beynəlxalq şirkət Amerika hökumətinə 236 milyon dollar məbləğində cərimə ödəyəcək
7 beynəlxalq şirkət Amerika hökumətinə 236 milyon dollar məbləğində cərimə ödəyəcək

Rüşvət ödənilməsində ittiham edilən 7 beynəlxalq şirkət Amerika hökumətinə 236 milyon dollar məbləğində cərimə ödəyəcək. Bu şirkətlər arasında Böyük Britaniyanın Royal Dutch Shell və İsveçrənin Netherlans and Panalpina Nəqliyyat şirkətləri də yer alır. Təhlükəsizlik və Mübadilə Komissiyası bu şirkətləri Nigeriya, Rusiya, Braziliya, Venesuela və Meksika daxil edilməklə, bir sıra ölkələrdə vergilərdən boyun qaçırılması və xüsisi münasibətlər müqabilində milyonlarla dollar məbləğində rüşvət ödəməkdə ittiham edib. Şirkətlərə bundan əlavə neft istismarı üçün həmin ölkələrə avadanlıq gətirilməsinə dair saxta sənədlər əldə etmələrinə görə də ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG