Accessibility links

İstanbulda təşkil edilən toplantı Suriyada zorakılıqlara son qoyulmasına çalışır

  • Amerikanın səsi

Suriyada üsyanı dəstəkləyən 70 Qərb və ərəb dövlətləri prezident Bəşər Əsədi təcrid etmək yollarını aramaq üçün İstanbulda bir araya gəliblər. Toplantı iştirakçıları müxalifəti birləşməyə və avtokratik hökumətə demokratik alternativ yaratmağa səsləyiblər.

ABŞ dövlət katibi Hillari Klinton Əsəddən mülki vətəndaşları hədəf alan hücumları dayandırmağa əks təqdirdə ciddi nəticələrlə üzləşməyə çağırıb.

Bu arada yüksək rütbəli ABŞ rəsmisi etiraf edib ki, BMT-nin zorakılıqlara son qoymaq səyləri iflasa uğrama qüzrədir. Belə ki, Əsəd BMT elçisi Kofi Annanın təklif etdiyi sülh planına riayət etməkdən boyun qaçırır.

Klinton deyib ki, Vaşinqton Suriya xalqına 12 milyon dollar həcmində humanitar yardım və müxalifət qüvvələrinə hücumların qarşısını almaq üçün kommunikasiya ləvazimatları verəcək.

Türkiyənin ba naziri Rəcəb Təyyib Ərdoğan, BMT səyləri müvəffəq olmadığı təqdirdə, beynəlxalq ictimaiyyəti Suriya xalqının özünü-müdafiə hüququnu dəstəkləməyə çağırıb.

XS
SM
MD
LG