Accessibility links

77 nəfərin ölümündə şübhəli bilinən norveçli "dəli" olmadığını deyir


77 nəfərin qətlində şübhəli bilinən norveçli məhkəmədə əqli baxımdan sağlam olduğunu deyib.

Anders Behrinq Breivik bu gün bildirib ki, məhkəmənin təyin etdiyi həkimi onun haqqında verdiyi əqli çatışmazlıq hesabatı saxtadır. O, Norveçdə çoxmədəniyyətliliklə mübarizə zəminində 77 nəfəri qətlə yetirdiyini boynuna alır və iddia edir ki, müsəlmanlar Avropanı işğal edib.

Keçən həftə Breivik keçən il Oslo yaxınlığındakı adada gənc siyasətçilər düşərgəsində 69 nəfəri necə öldürməsinin tükürpədici detallarını açıqlamışdı.

Bu hadisəyədək o, artıq Oslonun mərkəzində bomba partladaraq 8 nəfəri qətlə yetirmişdi.




XS
SM
MD
LG