Accessibility links

83-cü Oskar nominasiya mərasimi Los Angelesdə keçirilib, namizədlər açıqlanıb


83-cü Oskar nominasiya mərasimi Los Angelesdə keçirilib, namizədlər açıqlanıb
83-cü Oskar nominasiya mərasimi Los Angelesdə keçirilib, namizədlər açıqlanıb

Britaniya draması `The King's Speech və ABŞ-da çəkilmiş `True Grit` bu gün ən çox Oskar mükafatına namizəd göstərilən filmlər olublar

Britaniya draması `The King Speech` və ABŞ western janrında çəkilmiş `True Grit` filminin yeni variantı Los Ancelesdə keçirilən 83-cü Oskar nominasiyaları mərasimində ən çox rəğbət görən kinolar oldular.

İncəsənət və Elm sahələrinə görə `The King`s Speech`, 12 `True Grit` kinofilmi isə 10 Oskar nominasiyası alıb.

Elmi-fantastik triller janrında çəkilmiş `İnception` və Facebook səhifəsinin tarixinə həsr edilmiş `The Social Network` filmi, hər ikisi səkkiz nominasiyaya layiq görülüblər.

Bundan əlavə, `Black Swan`, `The Fighter`, `The Kids Are All Right`, `127 Hours`, `Toy Story 3`və `Winter’s Bone` filmləri də ən yaxşı filmlər siyahısına düşərək Oskar mükafatına namizədliyə layiq görülüblər.

Ən yaxşı aktyor işinə görə `The King`s Speech` filmindən Kolin Firz, `True Grit` filmindən Cef Brics, `The Social Network` filmindən Cesi Eisenberq, və `127 Hours` filmindən Ceyms Franko nominasiya qazanıblar.

83-cü Oskar nominasiya mərasimi Los Angelesdə keçirilib, namizədlər açıqlanıb
83-cü Oskar nominasiya mərasimi Los Angelesdə keçirilib, namizədlər açıqlanıb

`The Kids Are All Right` filmindən Aneta Beninqlə `Black Swan` filmində baş rolda oyanayan Natali Portman da ən yaxşı akrisa mükafatı laureatlarına namizədlər sırasındadırlar.

`The Social Network` ötən həftə keçirilən Qızıl Qlobus mükafatı mərasimində ən uğurlu film olub. Qızıl Qlobus mükafatı mərasimi daha nüfuzlu Oskar mükafatı mərasimi üçün proqnozlaşdırmağa imkan verir.

Oskar nominasiyaları:

XS
SM
MD
LG