Accessibility links

ABŞ hökuməti terrorçuların maliyyə mənbələrinin kəsilməsi işində uğur qazanır

  • Amerikanın səsi

ABŞ hökuməti terrorçuların maliyyə mənbələrinin kəsilməsi işində uğur qazanır

ABŞ hökuməti terrorçuların maliyyə mənbələrinin kəsilməsi işində uğur qazanır

11 sentyabr hadisələrindən sonra aydın oldu ki, terrorçuların bu hücumları həyata keçirilməsi təkcə ideologiya sayəsində mümkün olmayıb.

2001-ci il sentyabrın 11-i Nyu-York və Vaşinqtonda hücumlardan sonra terrorizmə qarşı mübarizədə istifadə edilən əsas metodlara təhlükəsizlik kameraları və kompyuter məlumat bazaları kimi yeni vasitələr əlavə edildi.

Metyu Levit Vaşinqton institutunda əks-terror və kəşfiyyat proqramlarının direktorudur. “Müxtəlif ölkələrdə təhlükəli elementlərin maliyyə mənbələrinin kəsilməsi düşmənlərimizin fəaliyyətinin qarşısını almağın effektiv yoludur”-deyə o bildirir.

11 sentyabr hadisələrindən sonra aydın oldu ki, terrorçuların bu hücumları həyata keçirilməsi təkcə ideologiya sayəsində mümkün olmayıb. ABŞ kəşfiyyatı səfərlər, elektron əlaqə və pul köçürmələri kimi məlumatları nəzərdən keçirməyə başladı.

Matt Levit: “Əgər harasa pul yollayırsınızsa, bu, artıq nəsə deməkdir. Bu, sənin, ya da mənim mühüm adam olduğum demək deyil. Bu, o deməkdir ki, arada başqa bir vasitəçi var, bax, o, mühümdür. Pul köçürmələrini izləyirsiniz və nəhayət onların haradan gəlib haraya getdiyini aşkar edirsiniz.”

Bunu etmək üçün ABŞ-ın Maliyyə nazirliyində Terrorizm və Maliyyə Kəşfiyyat adlı yeni bir şöbə açıldı. Xarici Əlaqələr Şurasında mütəxəssis Stüart Levi şöbəyə rəhbərlik edib. “Bu, indinin özünə qədər dünyada kəşfiyyat şöbəsinin açıldığı yeganə maliyyə nazirliyidir. Lakin maraqlı odur ki, bu, maliyyə kəşfiyyatının etibarlı olduğunu əks etdirir.”

O vaxtdan agentlik öyrəndi ki, 11 sentyabr hücumlarını həyata keçirmək üçün ABŞ-da təyyarə qaçıranlara Avropa və Yaxın Şərq ölkələrində banklardan yarım milyon dollar məbləğində pul köçürülmüşdü. İnformasiyanın bir hissəsi Brüsseldə yerləşən SWIFT adlı beynəlxalq bank konsorsimundan gəlmişdi.

Stüart Levi: “Haqqında danışdığım məllumatlar bazası mesaj xidməti göstərən özəl şirkət tərəfindən məhkəməyə verilmişdi.”

Bu məlumatlar bazasından istifadə edərək, ABŞ hökuməti terrorçu qruplarla əlaqəsi olan bütün dəstələr və şəxslərin bank hesablarının dondurulmasını tələb etdi. Bu, əl-Qaidə fəalları, o cümlədən, 2005-ci ildə Balidə bomba hücumunun təşkilatçısı olan Hambali adlı şəxsin ələ keçirilməsinə gətirib çıxardı.

Lakin hökumətin maliyyə haqda informasiya ala bilməsi məlumatların məxfiliyi, ya da ondan sui-istifadə edilməsilə bağlı narahatlıqlara səbəb oldu. Stüart Levi:“Adamlara elə gəlirdi ki, biz informasiyanı çək-çevir edib, istədiyimiz hər hansı bir məlumata baxırıq. Amma əslində, çox ciddi nəzarət mövcud idi.”

Terrorizmə qarşı mübarizədə ən böyük nailiyyət may ayında ABŞ komandoslarının Pakistanda şəxsi evdə Üsəma bin Ladeni qətlə yetirdiyi zaman əldə edildi. ABŞ rəsmiləri əldə edilmiş informasiyaya əsasən, əl-Qaidənin böyük maliyyə çətinlikləri keçirdiyini bildirir. Stüart Levi: “Üsəman bin Ladenin xarizması var idi. O, maliyyə toplanılması, qrupun sıralarına yeni adamların gətirilməsi, təşkilatın birliyi üçün çox mühüm bir adam idi. Buna görə də bu, çox böyük uğur idi, əl-Qaidə ilə mübarizədə çox böyük naliyyət idi. Amma təhlükəni aradan qaldırmaq hələ mümkün olmayıb.”

Bu, qrupun daim yeni şəraitə uyğunlaşması ilə bağlıdır. Əməliyyatları maliyyəşdirmək üçün bəziləri narkotik maddələr alveri və insan oğurluğu kimi cinayətlərə əl atır. Maliyyə azaldıqca, daha kiçik, daha ucuz başa gələn hücumlar həyata keçirmək kimi tendensiya yaranır.

Lakin Matt Levit deyir ki, bundan asılı olmayaraq, maliyyə transaksiyalarını izləmək lazımdır. Mat Levit: “Hər hansı bir hücumun nisbətən ucuz başa gələ bildiyi düzdür, amma hücum daha ucuz başa gəldiyi üçün maliyyəni izləməyin xeyri yoxdur fikri düzgün deyil. Əksinə. Məsələn, 5 min dollar lazımdır, böyük pul olmasa da, bunu ala bilmirsənsə, deməli, biz udduq.”

Bu o demək deyil ki, terror hücumları dayanacaq. Ekspertlər deyir ki, maliyyə axınını dayandırmaq, eyni zamanda, insanları öldürmək prinsipinə söykənən ideologiyaya qarşı mübarizə aparmaq kimi çoxtərəfli yanaşma tərzi qarşıdan gələn uzun illər daim ayıqlıq, məsuliyyət və əməkdaşlıq tələb edəcək.

XS
SM
MD
LG