Accessibility links

ABŞ ordusu 11 Sentyabr hücumlarından sonra qlobal təhlükələrə cavab verir (VİDEO)

  • Amerikanın səsi

ABŞ ordusu 11 Sentyabr hücumlarından sonra qlobal təhlükələrə cavab verir (VİDEO)

ABŞ ordusu 11 Sentyabr hücumlarından sonra qlobal təhlükələrə cavab verir (VİDEO)

Birləşmiş Ştatlara 2001-ci ildə sentyabrın 11-i terror hücumlarından sonra ABŞ hərbi qüvvələri İraq və Əfqanıstanda müharibədə iştirak edir və dünya ölkələrində başqa missiyaları yerinə yetirir. ABŞ ordusu nəzəri baxımdan təlim görmüş qüvvələrdən ənənəvi döyüş və üsyançılar əleyhinə müharibə aparan bir qüvvəyə çevrilib.


Vaxt gözləmir. Düşmənə qarşı mübarizə aparmaq üçün əsgərlərin bir neçə dəqiqə vaxtı var.

Səhvə yol vermək olmaz.

Bu əsgərlərin çoxu müəyyən müddətdən sonra Əfqanıstanda yerləşdiriləcək. O zaman güllələr də əsl güllə olacaq.

2001-ci ildə Birləşmiş Ştatlara qarşı terror hücumları baş verəndə bu əsgələrin çoxu yeniyetmə idi.

İndi isə onlar ordunun əsgərləridir. Onların çoxu Əfqanıstanda və İraq olub, elələri var ki, hətta dörd dəfə olublar.

Kapitan Brayan Peterson onları geri-döyüş meydanı üçün hazırlayır. “Bu təlimlər onlara təkcə həyatlarını xilas etmək deyil, stresli anlarda fikirləşmək, habelə döyüşmək və qələbə çalmaq taktikasını öyrədəcək.”

Onun sözlərinə görə, taqətdən düşdükdə belə döyüşmək və yaralıları daşımaq mühüm döyüş vərdişləridir. Təlimin bir hissəsi uzun məsafələri qət etməyin öyrədilməsinə həsr edilib.

Kapitan Meyson Vard isə deyir ki, yeni təlimlər zamanı əsgərlərə 11 sentyabr hücumlarından sonra aktuallaşmış üsyançılar əleyhinə döyüş aparmaq öyrədilir. “Ordu 2001-ci ildən sonra dəyişib və terrorizmə qarşı qlobal müharibə bizim əməliyyatlarımızı çox dəyişdirib.”

Birləşmiş Ştatların hərbi qüvvələri 2001-ci ildən terror təhlükələrinə qarşı durmadan mübarizə aparırır. Bu o deməkdir ki, Amerika əsgərləri uzun müddən döyüşə hazır olmalıdır.

Çavuş Salvador İrizarri Əfqanıstanda xidmət edib. O bilir ki, cəhd göstərmək, bir komanda kimi hərəkət etmək sağ qalmaq üçün çox mühüm taktikadır. “Əgər dözümlülük, ya da qətiyyət olmasa, fiziki baxımdan, dağlarda yerimək, ya da kürəyində çanta ilə keşik çəkmək olduqca çətindir.”

Bu, ABŞ ordusu üçün tamamilə yeni döyüş üsuludur. Əsas diqqət əks-terror, üsyançılara və təhlükələrə qarşı qarşı mübarizəyə verilir.

Briqada komandiri polkovnik Barri Haqqins İraqda əsgərlərə başçılıq edib, indi Əfqanıstanda komandir olmağa hazırlaşır.

“Biz çevik olmalıyıq, başqa təhlükələr çıxdıqca onlara cavab vermək üçün strateji cəhətdən çevik olmalıyıq.”

Bu, çox vaxt evdə hazırlanmış bombalarla silahlanmış görünməz düşmənə qarşı mübarizədir. Əsgərlər bu müharibəni yerli əhalidən özlərini təcrid etməyərək, aparıb qələbə çalmağa çalışır. Polkovnik Barri Haqqins: “Biz özümüzü dağıdıcı qüvvə kimi, yeganə məqsədi və vəzifəsi nəyisə dağıtmaq olan şəxslər kimi göstərməməliyik, biz insanları qoruduğumuzu başa düşməliyik.”

ABŞ hərbi qüvvələri daha yaxşı, daha sürətli və daha effektiv texnika ilə təchiz olunub. Çavuş Jim Broununq deyir ki, Streyker (Stryker) zirehli maşını Əfqanıstanda onun həyatını xilas edib.

“Bizi vurdular və iki təkər sıradan çıxdı. Amma biz vəziyyətdən çıxa bildik və hamı sağ qaldı.”

Yeni maşınlar, daha sürətli və yüksək texnologiyalar əsasında hazırlanmış yeni avadanlıq yeni taktiki imkanlar açdı. Amma irəliləmək üçün daim mübarizə aparmaq lazımdır.

Çavuş Jim Broununq: “Düşmən çox adamın düşündüyündən daha ağıllıdır. Onların bütün planları bizi məhv etməkdən ibarətdir.”

10 il bundan əvvəl hücumlardan sonra ABŞ-ın terrorizmə qarşı başladığı mübarizənin sonu yoxdur. Ordunun əsas məqsədi 11 sentyabr hadisələrindən sonrakı dövrdə mürəkkəb döyüşlərdə qələbə çala biləcək əsgərlər hazırlamaqdır.

XS
SM
MD
LG