Accessibility links

9 May: Kimin qələbəsidir? (AUDİO)


9 May: Kimin qələbəsidir? (AUDİO)
9 May: Kimin qələbəsidir? (AUDİO)

Bu gün Azərbaycanda başqa Sovet respublikalarında olduğu kimi “Qələbə” günü qeyd olunur. Müttəfiqlərin Nasist Almaniyası üzərində qələbəsinin təntənəli şəkildə bayram edilməsi Sovet dövründən qaynaqlanır. Alternativ tarixi dəyərləndirmələrin mövcud olmadığı Sovet məkanında əsas hekayə xətti ondan ibarət idi ki, Kommunist dövləti alman faşizminə qarşı fədakarlıqla sinə gərərək bütün dünyanı xilas etmişdi. Əslində isə bir totalitar tiranlıq demokratik müttəfiqlərin köməyi ilə başqa bir tiranlıq üzərində qələbə çalmışdı. Azərbaycanlılar kimi onlarla başqa millət “Qələbə” günündən əvvəl də sonra da xarici qüvvələrin əsarəti altında qalmaqda davam edirdi. Bu günün konkret olaraq Azərbaycanda bayram edilməsinə səbəb isə daha çox 1993-cü ildə hakimiyyətə gəlmiş Heydər Əliyev və yaxın ətrafının kommunist sistemi ilə sıx bağlılığı idi. Keçmiş Politbüro üzvü və Brejnev nəslinin nümayəndəsi olaraq Heydər Əliyev Azərbaycanın Sovet dönəmindəki keçmişini sentimental və nostalji hisslərlə anırdı. Necə ki, Hitler Almaniyası üzərində qələbə Sovit İttifaqına nəhəng siyasi dividentlər gətirmişdi, Sovet rejimi Heydər Əliyevə uğurlu siyasi karyera bəxş etmişdi. Nasist Almaniyasının məğlub edilməsi həqiqətən də Fransa, İtaliya və başqa bir sıra millətlərə azadlıq verdi. Lakin azadlıqlarını alan millətlər sırasında Azərbaycan türkləri yox idi. Mövzu ilə əlaqədar söhbəti dinləyin:

XS
SM
MD
LG