Accessibility links

91-ci dəqiqədə gələn qol . . .


91-ci dəqiqədə gələn qol . . .
91-ci dəqiqədə gələn qol . . .

. . . ABŞ-ı qrup lideri etdi

Birləşmiş Ştatlar Pretoria şəhərində keçirilən matçda Əlcəzairi 1-0 hesabı ilə mğlub edərək növbəti mərhələyə adlayıb. Oyunun əvvəlində bir neçə fürsətdən yararlana bilməyən Landon Donovan qalibiyyət qoluna 91-ci dəqiqədə imza atmaqla ABŞ-ı C-qrupunda birinciliyə çıxarıb. Cermeyn Defonun 23-cü dəqiqədə vurduğu qolla Sloveniyanl məğlub edən İngiltərə komandası da 5 xala malikdir. Ancaq top fərqinə görə, amerikalılar ingilisləri üstələyir. Əlcəzair və Sloveniya isə bugünkü məğlubiyyətlə Dünya Çempionatını tərk etmək məcburiyyətindədir. Bu gün E qrupunda keçiriləcək Qana-Almaniya oyununda qanalıların tarixdə ilk dəfə olaraq Almaniyanı qrupda saxlamaq şansı var. Qrupun digər həlledici oyunu isə Avstraliya ilə Serbiya komandaları arasında keçiriləcək.

XS
SM
MD
LG