Accessibility links

Yeni araşdırmada ABŞ-a qarşı terror təhlükəsinin mahiyyətcə dəyişdiyi göstərilir

  • Amerikanın səsi

Yeni araşdırmada ABŞ-a qarşı terror təhlükəsinin mahiyyətcə dəyişdiyi göstərilir

Yeni araşdırmada ABŞ-a qarşı terror təhlükəsinin mahiyyətcə dəyişdiyi göstərilir

Vaşinqtonda yerləşən İki partiya Siyasət Mərkəzinin açıqladığı hesabata görə, hücumların daha kiçik miqyasda və çox vaxt daxili mənbələrə əsaslanaraq həyata keçirilməsi nəzərdə tutulur

Yeni araşdırmalar göstərir ki, 2001-ci il sentyabrın 11hücumlarından sonra ABŞ-a yönəlmiş terror təhlükələrinin xarakteri dəyişib. Hücumların daha kiçik miqyasda və çox vaxt daxili mənbələrə əsaslanaraq həyata keçirilməsi nəzərdə tutulur. Araşdırmanın nəticələri Vaşinqtonda yerləşən İki partiya Siyasət Mərkəzi tərəfindən açıqlanıb.

2001-ci il sentyabrın 11-i ABŞ-a hücum edənlərin hamısı ərəb idi. Onlar arasında bir nəfər ABŞ vətəndaşı yox idi.

Doqquz il keçəndən sonra vəziyyət dəyişib.

Vaşinqtonda İki partiya Siyasət Mərkəzinin araşdırmasında göstərilir ki, təhlükə Əl-Qaidə və digər terror qrupları ilə əlaqəsi olan amerikalılardan gəlir və Birləşmiş Ştatlar bunun qarşısını çətin ala bilir. Təhlükəsizlik məsələləri üzrə təhlilçi Stiven Flin araşdırmada iştirak edib.

“Daxildə yeni üzvlərin həyata keçirdiyi kiçikmiqyası hücumların qarşısını almaq bizim milli kəşfiyat xidmətimizin indiki vəziyyətində demək olar ki, mümkün deyil. Praktiki baxımdan bu, o deməkdir ki, ABŞ torpağında müvəffəq terror hücumu olacaq və biz bunun qarşısını almağı bacarmalıyıq.”

Buna misal olaraq Tayms Square meydanında qarşısı alınmış bomba hücumunu göstərmək olar. Buna terrorçuluqda ittiham edilmiş və xarici ölkədə təlim keçmiş pakistan mənşəli amerikalı cəhd göstərmişdi. Mərkəzin araşdırmasında keçən il ABŞ-da yaşayan 43 Amerika vətəndaşının terrorla əlaqəsi olacağı göstərilir.

Terrorizm məsələləri üzrə mütəxəssis Brüs Hoffman.

“Terrorçu təlim almaq istəyən şəxslərin bu gün seçimi təəssüf olsun ki, daha çoxdur. Elə keçən ay Pakistan deyil, Somaliyə getməyə cəhd edən insanlar olub.”

Araşdırmanın aparlmasına rəhbərlik etmiş Tomas Kean deyir ki, bu yaxınlarda Dünya Ticarət Mərkəzinin yaxınlığında islam mərkəzinin inşasına ictimai reaksiya və Floridada dini qrupun Quran nüsxələrinin yandırılacağına dair hədələri Əl-Qaidənin xeyrinədir.

“Bu kimi debatlar bir insanların onların sıralarına getməsinin qarşısını almaq istədiyimiz vaxt faydalı deyil. Bu, mənim fikrimcə, ideyalar müharibəsində kömək etmir.”

Araşdırmaya rəhbərlik etmiş daha bir ekspert Li Hamilton deyir ki, Birləşmiş Ştatlar əlini müsəlman dünyasına uzatmalıdır.

“Londondan Cakartaya qədər 1,3 ya da, 1,4 milyard müsəlmandan söhbət gedir. Bu, dünyada olduqca mühüm bir qüvvədir. Biz onu indi anladığımızdan daha yaxşı başa düşməliyik və daha yaxşı rəftar etməliyik.”

Kean və Hamilton deyirlər ki, bunun bir yolu ABŞ-ın xarici siyasətində dəyişikliklər etməkdir. Onlar bunu növbəti hesabatda tövsiyə etməyi düşünürlər.

XS
SM
MD
LG