Accessibility links

“Bu həbslərin təkcə ifadə azadlığı deyil, həm də bütünlükdə demokratik inkişaf üçün mənfi təsiri var”, təşkilatın icraçı direktoru Anyes Kalamar bildirib.

Son aylar Azərbaycanda onlarla digər müxalifət fəalının həbsindən sonra iyulun 15-də üç azərbaycanlı gənc fəalın 15 gün inzibati həbs cəzasına məhkum edilməsi siyasi motivlidir.

ARTİCLE 19 hüquq müdafiə təşkilatı fəalların davam etməkdə olan təqiblərini pisləyir, deyə təşkilatın bəyanatında bildirilir.

Cəmiyyətin sağlam siyasi müzakirədə iştiraka ehtiyacı var.
“Fəalların ifadə azadlığını - əsas hüquqlarından birini həyata keçirdiklərinə görə həbsi seçkilər ərəfəsində insan hüquqlarına hörmət olmadığını göstərir”, ARTİCLE 19-un icraçı direktoru Anyes Kalamar bildirib.

“Cəmiyyətin sağlam siyasi müzakirədə iştiraka ehtiyacı var. Bu həbslərin təkcə ifadə azadlığı deyil, həm də bütünlükdə demokratik inkişaf üçün mənfi təsiri var”, deyə o əlavə edib.

Gənclər təşkilatlarının üzvləri Ülvi Həsənli, Məcid Mərcanlı və Kənan Qasımlı iyulun 14-də Bakıda həbs edilib. Növbəti gün hər üçü polisə müqavimət ittihamı ilə 15 sutka həbs edilib.

Lakin əsl səbəb Bakı metropoliteninin divarlarına NİDA loqosu ilə “Hökumətdən qorxmayın. Hökumətə etiraz edin və hökuməti dəyişdirin” sözləri yazılan vərəqələrin yapışdırılması olub.

Lakin əsl səbəb Bakı metropoliteninin divarlarına NİDA loqosu ilə “Hökumətdən qorxmayın. Hökumətə etiraz edin və hökuməti dəyişdirin” sözləri yazılan vərəqələrin yapışdırılması olub.
Daha bir fəal - Emil Bağırov iyulun 14-də günün ikinci yarısında saxlanılıb, amma sonradan sərbəst buraxılıb.

Daha üç fəal şəhərin mərkəzində savadlılıq səviyyəsinin artırılması məqsədilə aksiya keçirərkən bir neçə saatlığına saxlanılıb.

ARTİCLE 19 hesab edir ki, hakimiyyətin son sərt davranışları oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Son aylar onlarla gənc fəalın müxtəlif səbəblərlə həbsi də məhz bununla bağlıdır.

Çox vaxt hakimiyyət “xoşagəlməyən” blogerləri və jurnalistləri, habelə müxalifət fəallarını narkotik saxlamaqda və xuliqanlıqda ittiham edir. Bir qayda olaraq, bu insanlar hökumətdə və digər dövlət orqanlarında korrupsiyanı fəal şəkildə ifşa edir.

RTİCLE 19 hesab edir ki, hakimiyyətin son sərt davranışları oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlıdır.
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət fərqli düşünənlərin və müxalifətin təqibini gücləndirir. Nəticədə bir çox müxalifət fəalları və Azərbaycan gəncləri öz fikrinə və mövqeyinə malik olmaq hüququ uğrunda mübarizə ilə qarşılaşır.
XS
SM
MD
LG