Accessibility links

Artmaqda olan yanacaq qiymətləri amerikalıların ölkənin gələcəyinə etimadını azaldıb


Artmaqda olan yanacaq qiymətləri amerikalıların ölkənin gələcəyinə etimadını azaldıb
Artmaqda olan yanacaq qiymətləri amerikalıların ölkənin gələcəyinə etimadını azaldıb

Rəy sorğularının nəticələrinə görə, artmaqda olan yanacaq qiymətləri amerikalıların ölkənin gələcəyi və Barak Obamanın prezident kimi fəaliyyətinə etimadını azaldıb. Reuters/Ipsos-un keçirdiyi sorğu respondentlərin böyük bir qismi Amerikanın yanlış səmtdə irəlilədiyini düşündüyünü göstərir.Rəy sorğularında iştirak edənlərin onundan altısı yanacaq qiymətlərinin artmasına görə, daha az maşın sürdüklərini və xərclərini azaldıqlarını bildirib. Obamanın reytinqi artıq ikinci aydır ki, 46 faiz təşkil edir. Gallup-un keçirdiyi rəy sorğusunun nəticəsinə görə isə amerikalıların iqtisadi dirçəlişlə bağlı nikbinlikləri azalıb. Respondentlərin 33 faizi iqtisadi durumun yaxşılaşdığını deyib. Fevral ayında bu göstərici 38, yanvar ayında isə 41 faiz təşkil edirdi.

XS
SM
MD
LG