Accessibility links

"İranda biri özünə türk deyəndə, bu, təhdid kimi qarşılanır" [Audio-Müsahibə]


Artum Dinc, sosioloq.
Artum Dinc, sosioloq.

Güneyli sosioloq Tehranın milli kimlik siyasətini şərh edir

Amerikanın Səsi ilə söhbətdə müstəmləkəçilik və müstəmləkəçilik sonrası (post-kolonializm) araşdırmaları haqda danışan güneyli sosioloq Artum Dinc müasir tarixdə müstəmləkəçi qüvvələr tərəfindən tətbiq və təbliğ edilən siyasətləri şərh edib. O, milli kimlik anlayışının təkamülü, eləcə də, bu istiqamətdə istifadə edilən terminologiya barədə düşüncələrini paylaşıb. Artum Dinç oxşar mexanizmin güney və İranın digər bölgələrindəki türklər üzərində necə işlədiyini dəyərləndirib.

Artum Dinç İran Azərbaycanında yürüdülən milli kimlik siyasətini şərh edir
please wait

No media source currently available

0:00 0:17:34 0:00
Direct link

Türkiyədə yaşayan sosioloq post-kolonializm araşdırmalarını belə təsvir edir:

İranda biri özünə türk deyəndə farsları demirəm, amma farsçı zehniyyət yuxarıdan bir baxışla ona sən türk deyilsən azərisən deyir. Orada o türk hələ İranlılaşmamış ya daha doğrusu farslaşmamış və bir təhdid olaraq görünür. Bu bir yanılmadır və bir növ üstdən baxışdır.
Artum Dinc

“Müstəmləkəçilik sonrası olaraq adlandırılan dönəmdə aparılan elmi araşdırma və etüdlərə post-kolonial tədqiqatlar deyilir. Fənlərarası bir araşdırma və tədqiqat sahəsidir: antropologiya, sahə araşdırmaları, kültürəl tədqiqatlar, sosiologiya, siyasət, iqtisad, coğrafiya, tarix, millətlər arası əlaqələr, dilçilik, ictimai cinsiyyət tədqiqatları, ədəbiyyat və özəlliklə marksist sol-siyasi nəzəriyyələr kimi elmi fəaliyyətləri ehtiva edir.”

Dincin sözlərinə görə, müstəmləkəçi zehniyyət ayırıcıdır və hər şeydən əvvəl etno-mədəni vahidlər ya qruplar arasındakı əlaqədə bir ierarxiyanın mövcud olduğunu fərz edərək bəzi qrupları üstün irq kimi təqdim edir.

Türkiyədə yaşayan sosioloq müstəmləkəçi kimlik siyasətinin İran Azərbaycanı və ölkənin digər bölgələrindəki türklər üzərində necə işlədiyinə diqqət çəkir:

“İranda biri özünə 'türk' deyəndə, farsları demirəm - amma farsçı zehniyyət yuxarıdan bir baxışla ona 'sən türk deyilsən, azərisən' deyir. Orada o türk hələ iranlılaşmamış, ya daha doğrusu farslaşmamış və bir təhdid olaraq görünür. Bu, bir yanılmadır və bir növ səthi baxışdır.”

Təbrizli araşdırmaçı kimlik siyasəti ilə bağlı elm və qüdrət arasındakı əlaqəyə də toxunur:

“Əgər orada bir insan sadə bir dillə deyirsə ki, 'mən türkəm', məsələ orada bitmişdir məncə. Yox, 'sən türk deyilsən', 'tarixin bu deyil' kimi söhbətlər qondarmadır...”

İran Azərbaycanındakı türk toplumuna yuxarıdan təhmil edilən kimlik anlayışına qarşı mübarizənin yolları ilə bağlı öz düşüncələrini paylaşan Artum Dinc məsələnin nə olduğunu doğru müəyyən etmək, doğru anamları seçmək, və əgrə yoxsa, yaratmaq, davamlı layihələr inkişaf etdirib icra etmək və türk mədəniyyət amillərini yaşatmaq üçün ictimai sahələr formalaşdırmaq kimi məqamların önəmini vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG