Accessibility links

Terror hücumlarının etnik və dini cəmiyyətlər arasındakı əlaqələrə təsiri [Audio-Müsahibə]


Artum Dinc
Artum Dinc

Artum Dinc terror aktlarının ictimai fəsadlarını dəyərləndirir

Artum Dinc kimin tərəfindən və ya hansı etnik-məzhəbi qrupa qarşı həyata keçirildiyindən asılı olmayaraq, mülki əhaliyə qarşı terror hücumlarının insanlığa qarşı törədilən cinayət olduğunu deyir. Amerikanın Səsinə söhbətdə terror aktlarının etnik və dini qruplar arasındakı münasibətlərə təsirini dəyərləndirən təbrizli sosioloq həm hücumları həyata keçirən qrupları, həm də hücumların hədəf aldığı kütləni “mənsubu göründüyü etnik ya məzhəbi kimlik adına ümumiləşdirməyin” doğru olmadığını önə çəkir. O, bəzi mətbuat orqanlarında işlədilən “kürd terrorçu” ya “müsəlman terrorçu” kimi ifadələrin yanlış olduğunu vurğulayır.

Artum Dinc terrorizm haqda danışır
please wait

No media source currently available

0:00 0:19:05 0:00

Artum Dincin sözlərinə görə, PKK, İŞİD ya Hizbullah kimi qrupların fəaliyyətlərini müəyyən etnik ya məzhəbi qrup adına ümumiləşdirmək terror təşkilatlarının xalqların legitim təmsilçisi kimi təqdim edilməsinə yol aça bilər:

PKK-nın qanlı aktının 'kürdlər' ya da 'kürd terrorçular' adına əks edilməsi, bir baxımdan bütün kürd xalqını, PKK ya PJAK mənsubları olaraq damğalamaq mənasına gələr... PKK kimi təşkilatları bütün kürd xalqının legitim təmsilçisi mövqeyinə gətirib çıxara bilər, ki PKK-nın hədəfi də budur
Artum Dinc

“Deyək ki, PKK ya da onun İrandakı qolu PJAK qanlı bir akt gerçəkləşdirdi. Bu qanlı aktın kürdlər ya da kürd terrorçular adına əks edilməsi, bir baxımdan bütün kürd xalqını, PKK ya PJAK mənsubları olaraq damğalamaq mənasına gələr. Bu xətalı adlandırma əslində bu təşkilatlar və onları dəstəkləyən güclərin çörəyinə yağ sürtmək olar və PKK kimi təşkilatları bütün kürd xalqının legitim təmsilçisi mövqeyinə gətirib çıxara bilər ki, PKK-nın hədəfi də budur. Halbuki, bir çox mülki kürd vətəndaş PKK-nın qanlı zorakılıqlarının qurbanı olmuş və həyatını itirmiş, ya ciddi zərərlərə uğramışdır. Bu vəziyyət eyni biçimdə DAİŞ (İŞİD), sünnilər, Hizbullah, şiələr və hətta bütün müsəlmanlar, xristianlar və digərləri üçün də keçərlidir.”

O, eyni şəkildə terror təşkilatlarının hədəf aldığı insanları da müəyyən bir cəmiyyət adına ümumiləşdirməyin xəta olduğunu vurğulayır:

Türk qüvvələri Diyarbəkir-Bingöl yolunda partladılmış avtobusu nəzərdən keçirir. 18 fevral, 2016.
Türk qüvvələri Diyarbəkir-Bingöl yolunda partladılmış avtobusu nəzərdən keçirir. 18 fevral, 2016.

“PKK və ya onun İrandakı uzantısı PJAK-ın müki əhaliyə qarşı həyata keçirdiyi qanlı aktların hədəfi biriləri tərəfindən bütün türklər, ya bütün ərəblər və ya bütün farslar olaraq göstərildiyi təqdirdə; və ya DAİŞ-in silahlı fəaliyyətlərinin hədəfi bütün şiələr ya da sələfi olmayan bütün sünnilər olaraq göstərildiyi təqdirdə; demək ki biriləri bir şeyləri bəhanə edərək bu xalqları bir-birinə düşmən etmək və aralarında qalıcı qarşıdurma vəziyyətləri yaratmaq istəyir. Əslində, harada olarsa olsun, nə zaman işlənərsə işlənsin, kimin əli ilə gerçəkləşirsə gerçəkləşsin, sivil xalqa qarşı qanlı bir hücum, bir etnik və ya məzhəbi qrupa qarşı deyil, bəlkə bütün insanlığa qarşı işlənmiş bir cinayətdir.”

Onun söylədiklərinə görə, “hər iki ümumiləşdirmə şəklində də xətalı qavramlaşdırma və adlandırma məsələsi vardır. Bu iki yönlü xətalı adlandırmanın əsas funksiyası, fərqli kimliklərə mənsub kütlələr arasında uzun sürəli və qalıcı bir biçimdə nifrət, kin və düşmənlik toxumları sərpməkdir. Bunun ehtimalı nəticələrindən biri də savaş ola bilər. Savaş da fəlakət və yıxım gətirər və qan axıdar. Bu meydandan, üz-üzə savaşan bütün tərəflər zərərli çıxarkən, savaşdıran tərəflərin qazanclı çıxma ehtimalı yüksək görünməkdədir.”

Əslində, harada olarsa olsun, nə zaman işlənərsə işlənsin, kimin əli ilə gerçəkləşirsə gerçəkləşsin, sivil xalqa qarşı qanlı bir hücum, bir etnik və ya məzhəbi qrupa qarşı deyil, bəlkə bütün insanlığa qarşı işlənmiş bir cinayətdir.
Artum Dinc

Türkiyədə yaşayan sosioloq bu mövzular haqqında yayımlanan məlumatın doğruluq və gerçəklik dərəcəsini müəyyənləşdirmək üçün bir neçə faktor o cümlədən, məlumatın mənbəyi, onların hansı söyləm/diskursiya çərçivəsində təqdim edilməsi, məlumatı yayanların hansı güc mərkəzi ya mərkəzlərinə bağlı olması, bu güc mərkəzlərinin ideoloji görüşləri və onların mənfəət tərifləri və hədəflərinin diqqətə alınmasının zəruri olduğunu qeyd edir.

Artum Dinc habelə bu məlumatın təhrif edilməsi və media tərəfindən yayımlanan yanlış adlandırmaları önləməyin yolları və bu istiqamətdə aydınlar, fikir öndərləri və ya sosial mediada fəal olan qrupların üzərinə düşən vəzifə haqqında danışıb:

“Bu təhrifləri önləməyin yolları, xətalı və təhrif edilmiş qavramlaşdırma və ya adlandırmaları təkrarlamamaq (kopyala və yapışdır şəklində olmaz); xətali və təhrif edilmiş qavamları deşifr etmək və bildirmək; mümkün olduqca, gerçəkliyi olduğu kimi əks edən qavamları işlətmək; bəlli vəziyyət və ya prosesləri açıqlamaq üçün dilimizdə uyğun qavam sıxıntısı varsa, yeni qavramlar gəlişdirmək; ideoloji, dini, söyləmsəl və bunlar kimi modellərin korlaşdırıcı yönlərinə diqqət çəkməkdən ibarətdir.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG