Accessibility links

Arzu Abdullayeva: Leyla Yunusun həbs müddətinin uzadılacağını gözləmirdik [Audio-Müsahibə]


please wait

No media source currently available

0:00 0:06:58 0:00
Direct link

Hüquq müdafiəçisi Arzu Abdullayeva Nəsimi Rayon Məhkəməsinin həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin daha 5 ay uzadılması ilə bağlı qərarına münasibət bildirərək, onun həbs müddətinin uzadılacağının gözlənilmədiyini deyib.

O bildirib ki, bir çox qurumlar, cəmiyyət, Leyla Yunusun səhhətinin yaxşı olmamasına görə hüquq müdafiəçiləri müraciət edərək, Leyla Yunusun həyat yoldaşı, habelə İntiqam Əliyevin azad edilməsinə çağırır.

Leyla Yunus və digər siyasi məhbusların müdafiəsi sahəsində görülən işlərdən danışan Arzu Abdullayeva birinci növbədə səhhət problemləri olan adamların məsələsinin qaldırıldığını bildirib.

Hüquq müdafiəçisi siyasi məhbuslar üzrə siyahı tətbiq edildiyini deyərək, Avropa Şurasının təşəbbüsü ilə hüquq-müdafiə təşkilatlarının dövlət strukturları ilə birgə işçi qrupunun fəaliyyət göstərdiyini bildirib. O deyib ki, bu təşəbbüs nəticəsində 10 nəfər siyasi məhbus azadlığa buraxılıb.

Arzu Abdullayeva işçi qrupu daxilində hüquq müdafiəçilərinin həmin qrupu təmsil edən nümayəndələr, qurumları təmsil edən nazirlərlə ayrıca görüşlər keçirdiyini deyib. O, işgəncələr, həbslərdə saxlanma şəraitləri, siyasi məhbusların azadlığı ilə bağlı əfv komissiyası ilə əlaqə saxlandığını də diqqətə çatdırıb.

Hüquq müdafiəçisi siyasi məhbuslar və insan haqlarının durumu ilə bağlı Azərbaycanın dövlət başçısı ilə də görüş keçirilməsinə çalışıldığını deyib.

Beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı gördüyü işlərə gəldikdə isə Arzu Abdullayeva beynəlxalq qurumların Azərbaycandakı durumla bağlı müraciətləri və verdikləri dəstəklərinin bir yandan qaneedici olduğunu desə də, digər tərəfdən vətəndaş cəmiyyətinə kifayət qədər dəstək verilmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG