Accessibility links

ADA universitetinin tələbəsi 4-cü Gənc Bəstəkarlar müsabiqəsinin qalibi olub


Arzu Abbasova
Arzu Abbasova

ADA universiteti Beynəlxalq Əlaqələr fakültəsinin 1-ci kurs tələbəsi Arzu Abbasova Nyu Yorkda keçirilən 4-cü Gənc Bəstəkarların müsabiqəsinin (Multicultural Sonic Evolution) qalibi golub. Ona qələbəni “Qütb Ulduzu” əsəri gətirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində deyilir.

Səfirlik bildirir ki, Azərbaycanın musiqi mədəniyyəti və ənənələri insanların qəlblərində xüsusi yer tutur. Dahi ifaçılar və bəstəkarlar şərqin və qərbin misilsiz qarışığı olan bu zəngin musiqi mədəniyyətinin tarixini yazıb.

Tofiq Quliyev
Tofiq Quliyev

Muğamı və cazı bir araya gətirən möhtəşəm bəstəkarlardan biri Tofiq Quliyev idi. Noyabrın 7-də Tofiq Quliyevin 99 yaşı tamam olub. Quliyevin adı musiqi tarixinə caz musiqinin banisi kimi yazılıb. 1939-cu ildə Quliyev, Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaradır. O, onlarla möhtəşəm işlərin müəllifidir və onun əsərlərinin sırasına həm simfoniya, həm kamera musiqisi, həm də caz və xalq bəstələri daxildir.

Noyabrın 7-də təxminən 100 il sonra ABŞ səfirliyi fəxrlə Azərbaycanın daha bir gənc bəstəkarının uğurlarını vurğulamaq istəyir, bu Arzu Abbasovadır.

XS
SM
MD
LG