Accessibility links

Arzu Abdullayeva: Ab-havadakı anlaşılmazlıq, nifrət vəziyyəti pisləşdirə bilər [Video-müsahibə]


Arzu Abdullayeva: Siyasi məhbuslar artır – kim durub bunun arxasında?
please wait

No media source currently available

0:00 0:07:28 0:00

Arzu Abdullayeva: Siyasi məhbuslar artır – kim durub bunun arxasında?

Helsinki Vətəndaş Assambleyasının həmsədrinin Amerikanın Səsinə müsahibəsi

Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayevanın Amerikanın Səsinə müsahibəsində ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artmasının səbəBləri və qarşıda duran problemlərdən danışıb.

Amerikanın Səsi: 10 Dekabr - Beynəlxalq İnsan Haqları Günüdür. Azərbaycanda insan haqlarının durumunu necə qiymətləndirirsiniz?

Elə bil gələcəyimiz də sual altında idi. İndi ona oxşar bir vəziyyətdir.

Arzu Abdullayeva: Bir sözlə, çox mənfi. İnsan haqlarının bu günkü durumunu 90-cı illərlə müqayisə edə bilərərm. Çünki 90-cı illrədə çox çətin vəziyyətdə işləyirdik. Hökumətin siyasətinə heç nə təsir etmirdi, çoxlu həbslər var idi. Elə bil gələcəyimiz də sual altında idi. İndi ona oxşar bir vəziyyətdir.

Doğrudur indi vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, media, qınağın olması insan hüquqlarının müdafiəsinə təsir edir. Buna baxmayaraq yenə çətin vəziyyətdir.

Amerikanın Səsi: Siz beynəlxaqlq öhdəliklərdən danışdınız. Azərbaycan insan haqları sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirirmi?

Çoxlu suallar doğur ki, bu kimə lazımdır? Yəni belə konservativ mövqe nümayiş etdirmək Azərbaycan iqtidarının xeyrinə də deyil. Kim bunu təşkil edir, niyə təşkil edirlər?

Arzu Abdullayeva: Yerinə yetirir, ancaq çox asta-asta. Biz istərdik ki, qapılar açılsın və günahsız adamlar həbsdən çıxsın. Azərbaycan 2001-ci ildə üzərinə siyasi məhbusları azad edəcəyi ilə bağlı öhdəlik götürüb və o zaman 716 siyasi məhbus var idi. Onlar qruplarla mərhələ-mərhələ azad edilirdi. Ancaq bununla yanaşı yeni siyasi məhbuslar yarandırdı.

Nə üçün siyasi məhbuslarla bağlı deyirəm? Öhdəliklər çoxdur, - qanunvericilik sahəsində, hətta milli azlıqlar məsələsində. Qanunvericiliyə Avropa Şurasının tələb etdiyi şəkildə dəyişikliklər olurdu, ancaq onun tətbiqi yox idi. İnid isə qanunvericilik sahəsində anlaşılmaz dəyişikliklər olur. Hansı ki, bunlar vətəndaş cəmiyyətinin xeyrinə deyil. Çoxlu suallar doğur ki, bu kimə lazımdır? Yəni belə konservativ mövqe nümayiş etdirmək Azərbaycan iqtidarının xeyrinə də deyil. Kim bunu təşkil edir, niyə təşkil edirlər? Həm Azərbaycanın adı biabır olur, həm iqtidarın özü biabır olur, həm də vətəndaş cəmiyyəti ağır vəziyyətə salınır.

Amerikanın Səsi: Beynəlxalq Əfv (Amnesty İnternational) təşkilatı ölkədə 30-dan çox insanı “vicdan məhbusu” elan edib və yerli hüquq müdafiəçiləri 30-dan 100-dək siyasi məhbsusun olduğunu iddia edir.Müşahidələr isə son illərdə siyasi və vicdan məhbuslarının sayının artdığını göstərir. Vəziyyətdən çıxışı nədə görürsünüz?

Biz siyasi məhbuslarla bağlı öz dəlillərimizi ortaya qoymalıyıq və əks tərəfin arqumentlərinə qulaq asmalıyıq. Onlar deməlidir ki, insanları niyə həbs ediblər və bunları nə qədər həbsdə saxlamaq istəyirlər.

Arzu Abdullayeva: Bu hamını incidən bir sualdır. Heç kəsə bu xeyir gətirmir. Bəs onda bunun arxasında kim durub? Niyə düşünlümüş siyasət təbliğ olunmur. Mən müsbət addım kimi ancaq İnsan Hüquqlarının Müdafiəsi üzrəı İşçi Qrupunun yaranmasını görürəm. Çünki dialoq mütləq lazımdır. Biz siyasi məhbuslarla bağlı öz dəlillərimizi ortaya qoymalıyıq və əks tərəfin arqumentlərinə qulaq asmalıyıq. Onlar deməlidir ki, insanları niyə həbs ediblər və bunları nə qədər həbsdə saxlamaq istəyirlər. Bu dialoq imkanı işçi qrupunda yaranıb. Artıq kiçik müsbət addımlar görürük. Ola bilər ki, gözlənilən əfv işçi qrupunun müsbət hərəkət etdiyini göstərsin.

Amerikanın Səsi: Əfv oldu, yenə əfv olacaq! Bu prpblemin həllidir? Vəziyyətdən çıxışı nədə görürsünüz?

İkinci Maydandan qorxur. Qorxur ki, Azərbaycan vətəndaş cəmiyyəti iqtidara qarşı qalxar və inqilab olar. İnqilabdan qorxurlar.

Arzu Abdullayeva: Əlbəttə yox. Burada böyük bir istək olmalıdır. Vəziyyəti belə bir anormal çərçivədən azad etmək üçün iqtidarın böyük bir istəyi lazımdır. Ancaq səbəb Ukrayna məsələsidir. İqtidar Ukrayna ssenarisinin Azərbaycanda tətbiq olunmasından qorxur. İkinci Maydandan qorxur. Qorxur ki, Azərbaycan vətəndaş cəmiyyəti iqtidara qarşı qalxar və inqilab olar. İnqilabdan qorxurlar. Buna görə radikal fəalları həbs etdirirlər ki, maneçilik törədilməsin. Neçə ofislər bağlanılıb. Ümid edirəm ki, biz bu vəziyyətdən çıxış yolu taparıq.

Amerikanın Səsi: Problemin həlli üçün nə edilməlidir?

Yəni belə bir konservativ durum müsbət hallara gətirə bilməz.

Arzu Abdullayeva: Dünya praktikası göstərir ki, belə bir durum əksinə qıcıqlandırıcı vəziyyət yaradır. İnqilab üçün zəmin yaranır. Çünki ab-havada anlaşılmazlıq, nifrət, təəssüflər həqiqətən də vəziyyəti çox pis bir istiqamətə gətirə bilər. Yəni belə bir konservativ durum müsbət hallara gətirə bilməz. Yenə də ümidim bu balaca dialoq məkanınadır. Deməzdim ki, onu hamı bəyənir. Bunu gələcək göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG