Accessibility links

Arzu Abdullayeva: Heydər Əliyev Avropa Şurasına üzvlük üçün ölüm hökmünü ləğv etdi... amma indikilər ona əks siyasət aparır [Video-müsahibə]


Arzu Abdullayeva: Azərbaycan nəhayət demokratik ölkə olmalıdır
please wait

No media source currently available

0:00 0:08:03 0:00

Arzu Abdullayeva: Azərbaycan nəhayət demokratik ölkə olmalıdır

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayevanın Amerikanın Səsinə müsahibəsi

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Amerikanın Səsinə müsahibəsində insan hüquq və azadlıqları sahəsində ölkədəki mövcud durumdan və 2016-cı ildə həlli vacib olan problemlərdən danışıb.

Amerikanın Səsi: 2015-ci il Azərbaycanda insan hüquq və azadlıqları sahəsində hansı hadisələrlə yadda qalacaq?

Nardaran hadisələri yadda qalacaq.

Arzu Abdullayeva: Mənim üçün mənfi cəhətdən yəqin ki, Nardaran hadisələri yadda qalacaq. Yaxşı cəhətdən isə gözlənilmədən, çoxsaylı xahişlər, - həm hüquq müdafiə təşkilatlarının, həm xarici təşkilatların xahişi nəzərə alınaraq Leyla və Arif Yununsların azad olunmalarıdır.

Düzdür bu şərtidir, ancaq yenə də biz başqaları üçün də çox çalışırıq. Şükürlər olsun ki, heç olmasa iki nəfər azadlıqdadır.

Amerikanın Səsi: Bəs sosial-iqtisadi azadlıqlar sahəsində hansı hadisələr baş verib?

İnsanlar tanıyıram ki, onlar aciz, ümidsiz qalıblar. Əfsuslar olsun ki, özünəqəsdlər azərbaycanda çoxalıb. Özlərini yandıranlar var.

Arzu Abdullayeva: Çox istərdim, yaxşı qiymət verim. Çünki mən obyektiv adamam. Ancaq mənə elə gəlir ki, Azərbaycanda sosial hüquqlar təmin olunmur. Sosial ədalət, - ümumiyyətlə bilmirəm Azərbaycanda bu məfkum üçün hökumətin bir məqsədi var,ya yox? Bunu hiss eləmədik. Bu il neftin qiymətinin aşağı düşməsi Azərbaycanda gərginliyi daha da çox artırdı.

İnsanlar tanıyıram ki, onlar aciz, ümidsiz qalıblar. Əfsuslar olsun ki, özünəqəsdlər azərbaycanda çoxalıb. Özlərini yandıranlar var. Çox ağrılı bir vəziyyətdir bu, Günəşli neft platformasında yanğın olması, insanların itkin düşməsi, həlak olması, bu bizim üçün böyük bir dərddir. Bunu insan haqqları ilə bağlasam, deyərdim ki, əmək hüquqları, sağlamlıq hüquqları pozulub, təhlükəsizlik məsələsi təmin olunmayıb.

Amerikanın Səsi: Bu il ölkədə keçirilən parlament seçkiləri azadlıqların genişləndirilməsinə təkan verdimi, siyasi azadlıqlar sahəsində nə oldu?

Amerikanın Səsi: Mən bir sözlə cavab verəcəm, “xeyr”. Heç gözləntilər də olmamışdı. Mən heç bir müsbət nə dəyişikliklər, nə qanunlar, ümumiyyətlə dəyişmək istəyi görmədim.

Amerikanın Səsi: Beynəlxalq tənqidlərin sayı artmaqda davam edir, hətta ABŞ Konqresinə sanksiyaları nəzərdə tutan “Azərbaycanda Demokratiya Aktı” qanun layihəsi təqdim olunub. Bu il həm də çoxsaylı insanlar siyasi və “vicdan məhbusu” kimi tanınıb? Bütün bunlara səbəb nədir?

Heç bir sivil, demokratik olan ölkə istəməz ki, onlar insan hüquqlarını pozan bir Avropa ölkəsi olsun.

Arzu Abdullayeva: Səbəb, elə biri neftin olması. Bu neçə illər neftin olması və bu neft elə bil bizim iqtidarımızın, məmurlarımızın gözünü bağlayırdı. Əfsuslar olsun ki, iqtidar tərəfdən heç bir insan haqqları dəyər kimi qəbul olunmur. Azərbaycan dünyada insan haqlarını pozan bir ölkə kimi tanımışdır. Və bu təkcə bu il deyil, neçə illərdir ardıcıllıqla gəlir. Başqa bir səbəb bunu görədir ki, iqtidar Ukraynada olan “Maydan” hadisələrindən xofa düşmüşdü. Fikirləşirdi ki, günahların hamısı vətəndaş cəmiyyətindədir. Nəinki bunu düşünürdülər, bunu belə təqdim edirdilər. Bax belə bir rəy yaradılırdı. Indi çox zəifləmişik. Bunun səbələri məhz ona görədir ki, böyük bir kampaniya aparıldı. Vətəndaş cəmiyyətini, hüquq müdafiəçilərini gözdən salmaq kampaniyası aparıldı. Bu süni şəkildə yaradıldı. Nəticədə hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin fəalları həbs olundu. Neçə vaxtdır biz çalışırıq ki, onlar azadlığa çıxsın. Çoxu hələ həbsdədi. Günahı olmaya-olmaya onlar həbsdədirlər. Əlbəttə beynəlxalq təşkilatlar buna göz yuma bilməzdilər. Açığı desək burada siyasi məqsədlər də var. Heç bir sivil, demokratik olan ölkə istəməz ki, onlar insan hüquqlarını pozan bir Avropa ölkəsi olsun. Bu sanksiyalar bu səbəbdən irəli gəlib.

Amerikanın Səsi: 2016-cı ildə ölkədə insan hüquq və azadlıqları sahəsində hansı addımlar atılmalıdır?

Onlar başa düşməlidir ki, dünya Azərbaycandan tələb edir ki, sivil demokratik olmaq istəyirsə burada imitasiya keçə bilməz.

Arzu Abdullayeva: Azərbaycan nəhayət demokratik ölkə olmalıdır. İnsan haqlarını bərqərar etməlidir. Azərbaycan hökuməti, iqtidarı insana hörmətlə yanaşmalıdır. Biz hələ ki bu hörməti görmürük. Biz görürük ki, məmurlar öz işindədirlər. Sanksiyalar indi onları gərginliyə salıb. Mən fikirləşirəm ki, ağıllı siyasət olmalıdır. Həm daxili siyasət, insan haqqlarının bərqərarı ilə, həmdəki xarici siyasət. Azərbaycan beynəlxalq bir alənin üzvüdür. Həmişə deyir ki, bərabər üzvüdür. Bərabər üzvü olan zamanı deməli bütün qərarlar da bərabər olmalıdır. Bizim hətta konstitutsiyamızda yazılıb ki, beynəlxalq qanunlara riayət olunmalıdır və o prioritetdir. Bizim daxili qanunlarımız beynəlxalq qanunlara uyğun olmalıdırlar. Avropa Şurasına üzv olmuşuq, Avropa Birliyi yalvarmırdı ki, qonşuluq siyasətinə qoşul. Azərbaycan öz istəyi ilə, keçmiş prezident Heydər Əliyev səylər göstərdi ki, Azərbaycan Avropa Şurasının üzvü olsun. Hətta ölüm cəzasını ləğv elətdirdi. Amma, indikilər ona ulu öndər deyir, amma əks olan bir siyasət aparırlar. Onlar başa düşməlidir ki, dünya Azərbaycandan tələb edir ki, sivil demokratik olmaq istəyirsə burada imitasiya keçə bilməz.

XS
SM
MD
LG