Accessibility links

Yeni video yayımlayan Somalinin yaraqlı qrupu olan Əl-Şabab terror qruplaşması ABŞ-da polisin pis rəftarıa və prezidentliyə namizəd Donald Trampın müsəlmanların ABŞ-a buraxılmaması çağırışından bəhs edib.

Dünən yayımlanan videoda bəlkə də ilk dəfədir ki, ABŞ-ın terrorçu qrup kimi tanıdığı hər hansı qruplaşma Trampım çağırışını şərh edir.

Prezidentliyə namizəd Hillari Klinton keçən ay deyib ki, İŞİD qruplaşması Donald Trampın İslamı və Müsəlmanları təhqir etməsindən istifadə edərək öz tərəflərinə yeni radikal cihadçı qüvvələr cəlb etməyə çalışır.

Bu iddia hələlik tam təsdiqini tapmayıb. Ancaq indi Əl-Şabab Trampdan istifadə edir. Onların yeni videosu respublikaçı namizədin sözlərinin ifadə olunduğu klipi göstərir.

Klipdən sonra kimliyi müəyyən olmayan Əl-Şabab sözçüsü ingiliscə danışaraq bildirir ki, ABŞ-dakı müsəlmanlar ölkəni ya tərk etməli, ya da ölkədə qalıb müqəddəs müharibəyə başlamalıdırlar.

XS
SM
MD
LG