Accessibility links

Suriya üsyançıları silah gözləyir [VİDEO]


Suriya üsyançıları silah gözləyir
please wait

No media source currently available

0:00 0:02:21 0:00
Bab Əl-Salama düşərgəsi Suriya ilə Türkiyə sərhədindədir. Əbdülhəmid Əsəd buraya bir neçə ay əvvəl Hələbdən gəlib. O, qohumları ilə birgə Suriya üsyançıları ilə birgə döyüşüb və silahları tükəndiyinə görə bu düşərgəyə qaçmalı olub.

Əsəd son zamanlar üsyançıların gücünün zəiflədiyini və silaha ehtiyac olduğunu deyir. “Əlbəttə, silah vəziyyəti dəyişəcək. Biz burada silah gözləyirik. Mənimlə birgə buraya 70 döyüşçü gəlib. Yüzlərlə üsyançı isə Hələbdə gözləyir.”

Əsəd xarici hökumətlərin nəyə görə yardımı gecikdirdiklərini, Suriya ordusunun bomba və artilleriya hücumlarının qarşısının alınması üçün hava və tanklardan müdafiə silahları ilə nəyə görə təmin etmədiklərini sual edir. “Əlbəttə bu silahlar üçün artıq gecdir. Bütün dünya minlərlə insanın necə öldürüldüyünə tamaşa edir.”

Əsəd müharibədə bir oğlunu itirib. Digər oğlu, 35 yaşlı Əbdül döyüşməyə hazır olduğunu deyir. “Mən ailəmin təhlükəsizliyi üçün Türkiyədəyəm. Onlar bizə imkan vermirlər. Lakin onlar bizə silah versələr, mən döyüşmək üçün geri dənəcəyəm.”

Hüseyn Əhməd keçən ilə qədər Suriya hökumətinin elitar Respublika Ordusunda leytenant idi. O, Hələbdə döyüşlər zamanı ağır yaralanmış və Türkiyə xəstəxanasında 7 ay müalicə edilmişdir. “İmkan olan kimi mən geri dönəcəyəm. Mən yalnız silah və sursat gözləyirəm.”

Döyüşçülər ABŞ və Rusiyanın Suriyada sülhün bərpası üçün danışıqlara başladıqlarını bilirlər. Əbdülhəmid Əsəd: “Cinayət dəstəsinin başçısı Əsəd sülh danışıqlarında özünü elə göstərəcək ki, prezidentliyini saxlaya bilsin.”

Üsyançılar Bəşar Əl-Əsəd vəzifəsindən getməyincə mübarizələrini davam etdirəcəklərini deyirlər.
XS
SM
MD
LG