Accessibility links

Ucuz neft qiymətləri Körfəz ölkələrinə ziyan vurur [Video]


Ucuz neft qiymətləri ölkə iqtisadiyyatına ziyan vurduğu üçün, Səudiyyə Ərəbistanı maliyyə xərclərini ödəyə bilmək məqsədilə multi-milyon dollar dəyərində bank krediti almağa çalışır. Ancaq Səudiyyə Ərəbistanı körfəz ölkələri arasında iqtisadi böhranla üzləşən yeganə neft istehsalçısı deyil. Regiondakı digər ölkələr isə daha çətin vəziyyətdədirlər.

Gələn bir neçə il ərzində Oman və Bəhreyn böyük maliyyə problemləri yaşayacaq, oradakı iqtisadi artım çox zəif olacaq. Bundan əlavə isə hər iki ölkədə siyasi problemlər də var.

Neftdən öncə, onların mirvariləri var idi. 1930-cu illərədək Bəhreyn iqtisadiyyatı, demək olar ki, tamamilə mirvari ixracından asılı idi. İndi isə Bəhreyn höküməti bu irsi davam etdirmək istəyir və bununla bağlı uzun-müddətli planı var.

“Bütöv layihənin arxasındakı ideya mirvari biznesini Bəhreyn iqtisadiyyatı üçün davamlı gəlir mənbəyinə çevirməkdir.”

Təhlilçilər Bəhreynin təcili surətdə iqtisadiyyatını diversifikasiya etməli olduğunu deyir. Neftin qiyməti 2014-cü ildə 120 dollardan düşərək hazırda təxminən 40 dollar təşkil edir. Qiymətləndirmə agentliyi Moody Bəhreyn iqtisadiyyatı ilə bağlı proqnozlarını “dəyərsiz” statusuna endirib.

“Gələn bir neçə il ərzində Oman və Bəhreyn böyük maliyyə problemləri yaşayacaq, oradakı iqtisadi artım çox zəif olacaq. Bundan əlavə isə hər iki ölkədə siyasi problemlər də var. “

Səudiyyə Ərəbistanının neft naziri Əli ƏL-Naimi

Səudiyyə Ərəbistanının neft naziri Əli ƏL-Naimi

Səudiyyə Ərəbistanında neft gəlirlərin 80 faizini təmin edir. Amma son iki ildə bu gəlir ikiqat azalıb. Hökümət 15 faizlik büdcə kəsiri ilə üzləşir və hökümətin 8 milyard dollar dəyərində bank krediti axtardığı bildirirlir.

Lakin iqitsadçı Tuvey ölkənin qaçılmaz təhlükə ilə qarşı-qarşıya olmadığını deyir.

Səudiyyə rəsmiləri son on ildə, neft qiymətləri yüksək olduğu dönəmdə, buferlərini möhkəmləndirdi. Onlar borclarını da qaytardı. Ona görə də, indi onlar Rusiya və Nigeriya ilə müqayisədə aşağı neft qiymətlərinin öhdəsindən gələcək vəziyyətdədir.

OPEC kartelinin öndə gedən üzvü olaraq Səudiyyə Ərəbistanı neft hasilatını azaldaraq qiymətlərinin artmasına səbəb olmaq gücünə malikdir.

Biz hasilatın azalmasını istəmirik. Biz hasilatın tələbata uyğun gəlməsini və qiymətlərin sabit olmasını istəyirik.

Amma ən son keçirilən OPEC iclasında Riyad hasilat səviyyəsini dəyişməz olaraq saxmalaq qərarına gəlib.

“Biz hasilatın azalmasını istəmirik. Biz hasilatın tələbata uyğun gəlməsini və qiymətlərin sabit olmasını istəyirik,” deyə Səudiyyə Ərəbistanının neft naziri bildirib.

Tuveyin dediyinə görə, neft qiymətlərinin artması Səudiyyənin iqtisadiyyatına ziyan vura bilər.

“Bu, ABŞ-da şist neft istehsalçılarını hasilatı artırmağa şirnikləndirə və beləliklə Səudiyyə Ərəbistanının bazardakı uzun-müddətli mövqeyini təhlükəyə ata bilər.”

Riyad əmək haqlarını azaltmaq və daha çox özəl sektordakı məşğulluğu artırmaqla iqtisadiyyatında islahatlar aparmağa çalışır. Ancaq neftdən gələn sərvətə bu dərəcədə öyrənmiş bir ölkədə təhlilçilər bu cür islahatların aparılmasının illər alacağını deyir.

XS
SM
MD
LG