Accessibility links

Beynəlxalq konfrans: İnsan hüquqları və qabaqlayıcı idarəçilik kontekstində dövlət xidmətləri

“İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans

“İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans

Sentyabrın 24-də Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans açılıb.

Konfransın əsas müzakirə predmetləri Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellər, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolu, dövlət xidmətlərinin göstərilməsi sahəsində problemlər və gələcək perspektivlərdir.

İki gün davam edəcək tədbirdə 30-dan çox dövləti, Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiya, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın xarici nümayəndə iştirak edir.

“Azərbaycanda dövlət qulluğu modernləşir, yeniliklər tətbiq olunur. Bu baxımdan Asan Xidmət nadir və innovativ yoldur. Artıq 10 dövlət qurumu xidmətlərini Asan Xidmət vasitəsi ilə təklif edir. Vətəndaşlara şəffaflıq şəraitində keyfiyyətli və effektiv xidmət göstərilir. Xidmətlərin sürətli həyata keçirilməsi prosesi də davam etməkdədir”, Azərbaycan Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

Beynəlxalq konfrans

Onun sözlərinə görə hər gün orta hesabla 2 min insan Asan Xidmət mərkəzlərindən istifadə edir. “Asan Xidmətin 6 mərkəzi var. Son 20 ayda 3 milyon insan bu xidmətdən faydalanıb və məmnunluq hissi 98 faizdir”, o qeyd edib.

Kərimovun sözlərinə görə Asan Xidmət artıq dövlət xidmətinin konsepsiyasını dəyişib. “Vətəndaşlar üçün xidmətlər etik davranış, korrupsiyaya qarşı mübarizə, tez və şəffaflıq şəraitində əlçatımlıdır”.

ATƏT-in iqtisadi və ətraf mühit üzrə əlaqələndiricisi Xəlil Yurdakul Yigitgüdən bildirib ki, Azərbaycanda insanlara səmərəli xidmət imkanları artıb. “Xidmətlərin bir nöqtədə, - Asan Xidmətdə birləşdirilməsi daxili idarəçiliyi asanlaşdırıb və effektivliyi artırıb. ATƏT bu sahədə Azərbaycana texniki dəstək  göstərib, Asan Xidmət əməkdaşlarına təlimlər keçirib. Yaxşı idarəçilik üçün şəffaflıq və hesabatlılıq vacibdir”, o qeyd edib.

Avropa Şurasının demokratik təsisatlar və idarəçilik departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, dövlət xidmətləri daha geniş ictimaiyyəti əhatə etməlidir. “Bu zaman insan hüquqlarına hörmət əsas amil olmalıdır. Diskriminasiya, ayrı seçkilik olmamalıdır. Xidmətlər əlçatımlı, açıq və şəffaf şəkildə göstərilməlidir.  Dövlət qurumları vətəndaşların onlardan gözləntilərinə hörmət etməldir”, o qeyd edib.

Beynəlxalq konfrans “Dövlət xidmətlərinin göstərilməsi üzrə müasir modellər: İnsan hüquqlarına daha yaxşı necə xidmət etmək olar”, “Dövlət xidmətlərinin göstərilməsinin prinsipləri: əlçatımlılıq, şəffaflıq... daha nələr?”, “Dövlət xidmətlərinin göstərilməsində müasir texnologiyalar: Səmərəlilik və vətəndaşların ən ümdə maraqları” mövzuları ətrafında müzakirələrlə davam edir.

XS
SM
MD
LG