Accessibility links

Cənub-şərqi Asiya ölkələrinin liderləri mübahisəli insan hüquqları bəyannaməsini təsdiq edib.
ASEAN nümayəndələri bəyannaməni region üçün mühüm sənəd adlandırıb.

Qurumun baş katibi Surin Pisuvan müxbirlərlə görüşü zamanı bəyannamənin təsdiqini mühüm inkişaf kimi qiymətləndirib.

Tənqidçilər isə sənədin natamamlığından şikayətlənərək, onun ölkələrin insan hüquqlarına hörmətlə deyil, biganəliklə yanaşacağını təmin edəcəyini deyirlər. İnsan haqlarının müdafiəsi qrupları bəyannamənin ən adi standartlara cavab vermədiyini bildirirlər.

Ən narahatedici mıqam isə əvvəlki bəyannamədəki bəzi maddələrin saxlanmasıdır. Bunlar arasında hüquqların “regional və milli” kontekstdə nəzərdə tutulmasıdır. 50-dən artıq insan hüquqları təşkilatı etiraz bəyanatına imza atıb.
XS
SM
MD
LG