Accessibility links

ASEAN liderləri Birmanı seçkilərin ədalətli keçirilməsinə çağırıb

  • Nərminə Cəlalqızı

Cənub-Şərqi Asiya Dövlətrləri Assosiasiyası qarşıdan gələn seçkilərdə bütün siyasi partiyaların iştirak etməli olduğunu deyib

Cənub-Şərqi Asiya Dövlətrləri Assosiasiyası - ASEAN liderlərinin bildridiyinə görə, bu təşkilat Birmanı qarşıdan gələn seçkilərdə bütün siyasi partiyaların iştirakına və ədalətli keçməsinə çağırıb. Vyetnamın baş naziri Nguyen Tan Dang deyib ki, o və onun həmkarlarının bu çağırışı Hanoyda keçirilən iki günlük ASEAN sammitində iştirak edən Birma nümayəndə heyətinə çatdırılmışdır.

Müxalifət lideri Aung San Syu Kyunun iştirakına mane olan seçkilərə dair yeni qanuna görə Birmadakı hərbi rejim beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalıb. Cənab Dang deyib ki, ədalətli və demokratik seçkilər Birmada vəziyyəti stabilləşdirə və diqqəti ölkənin inkişafına yönəldə bilər.

XS
SM
MD
LG