Accessibility links

ASEAN-ın iki günlük sammiti öz işinə başlayıb


Liderlər forum zamanı iqtisadi əməkdaşlığı müzakirə edəcək

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası – ASEAN-nın 10 üzvünün liderlər bu gün Vyetnam paytaxtı Hanoyda iki günlük sammitin açılışında iştirak edib. Liderlər forum zamanı iqtisadi əməkdaşlığı müzakirə edəcək. Bununla yanaşı, Tayland və Birmada baş verən siyasi proseslərin əsas müzakirə mövzusu olacağı gözlənilir. Tayland baş nazir Abhisit Veccaciva ölkədəki kütləvi etiraz aksiyaları səbəbilə Hanoy səfərini təxirə salıb. Dünən nümayişçilərin parlament binasına hücumundan sonra cənab Abhisit ölkədə fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG