Accessibility links

Malayziyanın baş naziri Cənubi Asiya-Sakit okeanı hövzəsi ölkələrinin sammitini açıq elan edib.

27-ci ASEAN sammitinə ev sahibliyi edən Nacib Razak cihadçılarla mübarizədə birliyə çağırıb.

Biz islama zidd olan yalan ideologiyasının ifşa və məğlub edilməsinə göz yummamalıyıq

“Biz islama zidd olan yalan ideologiyasının ifşa və məğlub edilməsinə göz yummamalıyıq” -deyə Nacib bildirib.

Malayziyanın baş naziri Qurandan sitat gətirərək, islamın kökündə təmkinin dayandığını və bunun heç bir müsəlman tərəfindən inkar edilə bilməyəcəyini deyib.

Nacib Razak bu məsələni Kuala Lampurda ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı da müzakirə edib.

Görüşdən sonra nazir müxbirlərə bildirib ki, əsl islamı bu gün olduğu kimi yaşatmaq olduqca mühümdür.

ASEAN-na üzv ölkələr 240 milyon müsəlmana,140 milyon buddistə, 10 milyon xristiana və milyonlarla digər etiqada sahib olan insanların vətənidir.

Sammitin keçirildiyi Kuala lampura 4 500-dən artıq əsgər yerləşdirilib.

XS
SM
MD
LG