Accessibility links

ASEAN sammiti etirazlara səbəb olub [Video]


ASEAN sammiti etirazlara səbəb olub
please wait

No media source currently available

0:00 0:02:04 0:00

ASEAN sammiti etirazlara səbəb olub

Bazar ertəsi prezident Barak Obama Cənub-Şərqi Asiya dövlətlərinin liderlərini Kaliforniyada yerləşən Sunnylands malikanəsində qəbul edib. Onlar ticarət və təhlükəsizlik məsələləri ilə bağlı iki günlük sammit keçirir. Görüş yüzlərlə nümayişçinin etrazlarına səbəb olub. Onlar regionda insan haqları pozuntularına son qoyulmasına çağırır.

Bu gün biz burada Hun Senə açıq şəkildə kommunistləri, diktatorları, tiranları dəstəkləmədiyimizi bildirimək üçün toplaşmışıq. Onun vaxtı artıq bitib. Hun Sen getməlidir.

Cənab Obama Cənub-Şərq Asiya Dövlətləri Assosiasiyasının (ASEAN)10 üzvünün liderləri ilə görüşüb və Birləşmiş Ştatların Asiya və Sakit Okean regionundakı xarici siyasətini tarazlaşdırdığını bildirib.

“Buna Cənub-Şərqi Asiya və ASEAN regionuna cəlb olunmaq daxildir. bu da regiondakı sülh və rifah, eləcə də bizim ortaq məqsədlərimiz üçün vacibdir. Bu ortaq məqsədlər isə elə bir regional nizam yaratmaqdır ki, oradakı hər bir ölkə qaydalara eyni şəkildə əməl edir.”

Cənub-şərqi asiyalı mühacirlər isə deyib ki, gündəmdəki əsas məsələ insan haqları pozuntuları olmalıdır. Bu mühacirlərdən bəziləri Kambocadandır. Ölkədə baş nazir Hun Sen 30 ildir hakimiyyətdədir.

ASEAN Sammiti
ASEAN Sammiti

“Bu gün biz burada Hun Senə açıq şəkildə kommunistləri, diktatorları, tiranları dəstəkləmədiyimizi bildirimək üçün toplaşmışıq. Onun vaxtı artıq bitib. Hun Sen getməlidir.”

Digərləri isə Laos hökümətini və Vyetnamın qonşu ölkə üzərində təsirini tənqid edib.

Tailandda 2014-cü ildə baş verən çevriliş səbəbilə etirazçılar tailandlı baş nazirin görüşdə işrtirakına etiraz edir.

“O, Amerika kimi azad yerə gəlməməlidir. Diktatorlar bu azad ölkədə olmamalıdır.”

ASEAN-ın dörd üzvü də ABŞ-ın başçılıq etdiyi Trans-Sakit Okean Tərəfdaşlığına dair müqaviləni (TPP) imzalayıb.

TPP-ya qoşularaq, Sinqapur, Vyetnam, Malayziya və Bruney yüksək əmək və ətraf mühit standartlarını tətbiq edəcəklərini bildirir.
Barak Obama

“TPP-ya qoşularaq, Sinqapur, Vyetnam, Malayziya və Bruney yüksək əmək və ətraf mühit standartlarını tətbiq edəcəklərini bildirir.”

Etirazçılar isə bu standartların o qədər də yüksək olmadığını deyib.

“TPP byük şirkətlərin iş yerlərini ən aşağı ətraf mühit standartları olan ölkələrə köçürməsini təmin edir. O ölkələr işçiləri istismar edir. Bundan əlavə isə bu, ABŞ-da əmək haqlarına da mənfi təsir göstərir.”

Barak Obama danışıqların həm Birləşmiş Ştatlar, həm də Cənub-Şərqi Asiyada iş imkanaları yaradacağını bildirsə də, tirazçılar buna əmin olmadıqlarını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG