Accessibility links

ASEAN Tailand və Kamboca arasında razılıq əldə edə bilmədi


ASEAN Tailand və Kamboca arasında razılıq əldə edə bilmədi

ASEAN Tailand və Kamboca arasında razılıq əldə edə bilmədi

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) bu günkü yığıncağında Kamboca və Tailand arasında üç ay davam edən sərhəd toqquşmalarına son qoymaq barədə razılığa gəlinməyib. İndiyədək baş vermiş zorakılıqlar zəminində azı 30 adam ölmüş, 80 min adam evlərindən didərgin düşmüşdür.

İndoneziyanın Cakartada təşkil etdiyi yığıncaqdan ASEAN dövlətlərinin baş nazirləri əliboş qayıdıblar. Toplantının başlıca müzakirə obyekti İndoneziyanın sülhməramlı qüvvələrinin sərhəd zonasında yerləşdirilməsi idi.

Tailand və Kamboca arasında baş verən toqquşmalar uzun müddət mövcud olan sərhəd mübahisəsindən qaynaqlanır. Hər iki ölkə qədim Khmer Hindu məbədlərinin yerləşdiyi əraziyə iddia edir.

XS
SM
MD
LG