Accessibility links

Dərviş Vahabzadənin vəfatında 21 il ötür

Çox sayda aşıq, musiqiçi, şair və mədəni fəal Urmiyədə keçirilən mərasimdə Urmiyə Aşıq Məktəbinin ən məşhur fiquru kimi tanınan mərhum Aşıq Dərviş Vahabzadənin xatirəsini sənətçinin vəfatının 21-ci ildönümündə anıb.

Urmiyədə fəaliyyət göstərən internet qəzeti Ayna News-un yaydığı məlumata görə, İslami Təbliğat Təşkilatının incəsənət dairəsinə bağlı Aşıqlar Ocağının təşəbbüsü ilə Urmiyəli Səfiəddin adına mədəniyyət mərkəzində qeyd edilən mərasimə Urmiyə, Xoy, Salmas, Sulduz (Nəğədə) və Qoşaçay şəhərlərindən şairlər və aşıqlar qatılıb.

İran Azərbaycanının qərbi, xüsusilə Türkiyə sərhəddində yerləşən bölgələrə məxsus Urmiyə Aşıq Məktəbinin təməli 18-19-cu əsrlərdə Dollu Mustafa, Balovlu Miskin və Qul Hartun tərəfindən qoyulub.

Aşıq Dərvişin anım mərasimində Yusuf Ohanes, Məhəmməd Hüseyn Dehqan, İsməli Lütfi, Mənaf Rəncbər, M. Rza Puyəndə, Zəkərya Məliki və Əli Quluzadə kimi tanınmış aşıqlar ifa edib.

1930-cu ildə Urmiyənin Kürdlər kəndində dünyaya gələn Dərviş Vahabzadə o dönəmin ustad aşıqları Həsən xan Çoban və Fərhad Səlimidən dərs alıb.

Yerli medianın yazdığına görə, Aşıq Dərvişinin Urmiyə Radiosu ilə canlı çıxışları o günlərdə radionun ən çox dinlənən proqramı olub.

Məşhur aşıq 1993-cü ilin avqustunda vəfat edib, doğma kəndi Kürdlərdə torpağa tapşırıldı.

İran Azərbaycanının qərbi, xüsusilə Türkiyə sərhəddində yerləşən bölgələrə məxsus Urmiyə Aşıq Məktəbinin təməli 18-19-cu əsrlərdə Dollu Mustafa, Balovlu Miskin və Qul Hartun tərəfindən qoyulub.

Urmiyə məktəbinin əsas xüsusiyyətlərindən biri Güney Azərbaycanda yaşayan türklərlə yanaşı, aysorlar (Assyrian) və ermənilər kimi digər etnik qruplara məxsus musiqiçilər tərəfindən də təmsil edilməsi, habelə şiə, sünni, ələvi və xristian azərbaycanlılar içində geniş yayılması və bütün bu qruplar arasında ustad ifaçıların yetişdirilməsindən ibarətdir.

XS
SM
MD
LG