Accessibility links

İranla Qərb qüdrətləri arasında danışıqlar bərpa olundu


Avropa İttifaqının xarici işlər idarəsinin sədri Katrin Eşton və İran nümayəndəsi Səid Cəlili birbaşa danışıqlara qatılıb

Avropa İttifaqının xarci işlər idarəsinin rəhbəri Ketrin Eşton İranın mübahisəli nüvə proqramına dair danışıqlar aparan baş müzakirəçisi ilə görüşdükdən sonra Qərbin qüdrətləri ilə məsləhətləşmələr aparmağı planlaşdırdığını deyib.

Avropa İttifaqının xarici işlər idarəsinin sədri Katrin Eşton və İran İslam Respublikasının nümayəndəsi Səid Cəlili arasında Türkiyədə ilk birbaşa danışıqlar iyun ayında İranın mübahisəli nüvə proqramı ətrafında müzakirələrdə həll yolu tapılmadıqdan sonra ilk görüşdür.

Eşton görüşdən sonra açıladığı bəyanatda gələn həftə BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində BMT-dəki tərəfdaşları ilə irəli aparacaq yolları müzakirə edəcəyinə ümidini ifadə edib.
XS
SM
MD
LG