Accessibility links

Katrin Eşton Misirdədir


Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Eşton Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə görüşündən sonra onunla ölkənin gələcəyi barədə açıq və səmimi müzakirələr keçirdiyini deyib. O, Misirə səfəri zamanı Mursi ilə görüşünü şərt kimi irəli sürdüyünü və şərtinin rəsmilər tərəfindən normal qarşılandığını bildirib. Xanım Eşton deyib ki, o, Mursinin harada saxlandığından xəbərsiz idi.

Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri ilə birgə mətbuat konfransında çıxış edən müvəqqəti vitse-prezident Məhəmməd Əl-Bəradeyi bildirib ki, gələcək siyasi proseslərdə Murisinin rolu nəzərdə tutulmur.

İkisaatlıq görüş Misirin sabiq prezidentinin nəzarət alıtna alınmasından sonra beynəlxalq nümayəndələrlə keçirilən ilk görüş olub.

Eşton Misirin müvəqqəti hökuməti və ordu rəhbərliyi ilə müzakirələr keçirib. O, tərəfləri problemlərin dinc yolla həllinə çağırdığını və onlara heç bir qətnamə təqdim etmədiyini deyib.

Mursinin tərəfdarları isə genişmiqyaslı aksiyaların davam etdirilməsinə çağırır.
XS
SM
MD
LG