Accessibility links

“Off the Menu” - Asiya və Sakit Okean hövzəsi yeməkləri [Video]


XX əsr boyu bəzi amerikalılar Asiya yeməyi deyəndə çop-soy və ya ço-meyn kimi çinsayağı yeməklərı təsəvvürünə gətirirdi. Hazırda isə amerikalılar restoranlarda Yapon, Tay, Koreya, Hindistan, Birma və digər Asiya yeməkləri sifariş edə bilər. Rejissor Qreys Linin “Off the Menu” sənədli fimində rejissor Qreys Li Amerikanın müxtəlif bölgələrinə səfər edərək, Asiya və Sakit Okean hövzəsi yeməklərinin təsirlərini canlandırmağa çalışıb.

“Off the Menu” – “Menyudan kənar” yeməyin insanların həyatına, münasibətlərə, icma və mədəyiyyətlərə təsirlərindən bəhs edir. “Məsələn, mən. Mən 80-ci illərdə asiyalıların cüzi sayda olduğu Missuri ştatının Kolumbiya şəhərində böyümüşəm. Biz öz kimçimizi zirzəmidəki soyuducuda saxlayardıq və heç kimə təklif etməzdik. İndi siz onu restoranlarda, mağazaların rəflərində görə bilərsiniz. Kimçinin gəlişi yeməyin məni necə formalaşdırması haqda düşündürür” deyə, filmin rejissoru Qreys Li bildirir

Rejissor Qreys Li deyir ki, son 20 ildə Amerikadakı Asiya icmasının və mühacirlərin artması Asiya mətbəxinin məşhurlaşmasına səbəb olub.

Texasda yaşayan tayvanlı mühacirin oğlu Qari Çu ştatda uzun illərdir fəaliyyət göstərən “Banyan yeməkləri”ndə çalışır. “Biz Asiya-Amerika şirkətindən Asiya Latın-Amerikası biznesinə çevrilirik. Bu, satdığımız ərzaqlara görə belə deyil, işçilərimiz ispandilli latinolardır. 2000-ci ildə biz tofunu asiyasayağı hazırlayırdıqsa, 2005-ci ildə biz bunu latınsayağı hazırlayırıq.”

Yeməyin tarixi və yeməklə bağlı əhvalatlar olan bu filmində rejissor Qreys Li Asiya və Sakit Okean hövzəsindən olan insanlar haqda da məlumat vermiş olur.

Off the Menu” - “Menyudan kənar” səfərini ərzağının çoxu kənardan idxal olunan Havay adalarında başa vurur. Lakin bu, həmişə belə olmayıb, Bu gün də bəzi yerli havaylılar yeməyi əcdadlarının hazırladığı kimi hazırlayırlar. Hiley Kavelo bunu necə etməyi atasından öyrənib. Hiley deyir ki, mədəni ənənələrin qorunub saxlanması onun adada yaşayan ailəsi üçün çox vacibdir. Qabi isə deyir ki, bütün həyatı boyu onlar ərzaq mənbəyi kimi okeandan faydalanıblar.

Hileyin sözlərinə görə ailəsnin əsas qida mənbəyi osminoqdur. Ailənin səkkiz nəsli məhz belə qidalanıb.

XS
SM
MD
LG