Accessibility links

Jurnalistin evini benzin tökərək yandırıblar


Asif Mərzili
Asif Mərzili

Martın 14-də, gecə saat 03 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı Bakının Xətai rayonu, Tağızadə küçəsindəki 11/15 nömrəli evin, 34 saylı mənzili bir qrup şəxs tərəfindən yandırılıb. Jurnalist baş verən hadisənin sırf peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Asif Mərzili Amerikanın Səsinə deyib ki, evinə bir qrup şəxs basqın edib və mənzilinə benzin tökərək yandırıb.

“Yanğın baş verən zaman 5-ci mərtəbədəki qonşum görüb və dərhal bizi yuxudan oyatdı həyatımızı xilas etdi. Fövqəladə Hallar Nazirliyinin 101 xidmətinə zəng vurduq, qonşularla birgə evimin tam yanmasının qarşısını aldıq. Buna baxmayaraq, mənzilimdə 6 kvadrtametrədək sahə yanıb, pəncərələr, kabellər və digər avadanlıqlar əriyib tökülüb. Mənzilimə və binaya ciddi ziyan dəyib”, o qeyd edib.

Jurnalistin dediyinə görə, hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Dünən Xətai rayon prokuroru Yusif İldırımzadə məni qəbul etdi. İstintaq prokurorluğun da nəzarətindədir”, Mərzili bildirib.

Jurnalist istintaq sirri olduğuna görə, hadisənin detalları ilə bağlı danışmayıb.

“Sadəcə deyə bilərəm ki, bu birbaşa peşə fəaliyyətim və son dövrlər şikayətçilərin ərizələri əsasında qəzetdə dərc edilən araşdırma yazıları ilə bağlıdır. Sırf üstündə durduğum məqamlar davar. Son dövrlər nüfuzlu şəxslər, o cümlədən biznes sahəsində nüfuzlu şəxslərlə bağlı yazılar dərc etmişik. Onlardan biri bizi hətta məhkəməyə də verib. Şübhələrimiz var”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG