Accessibility links

Ali Məhkəmə Asif Yusiflini azadlığa buraxmayıb [Video]


Asif Yusifli
Asif Yusifli

Onun həbs müddəti 7 il 6 aydan 6 ilə endirilib

Azərbaycan Ali Məhkəməsi hakim Əli Seyfəliyevin sədrliyi ilə mayın 4-də Xalq Cəbhəsi Partiyasının Məclis üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxıb.

Asif Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb. İş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova verməsi üçün Yusifliyə 6500 manat verib.

Sonuncu bu pul müqabilində Zülfüqarovanın oğlunun Ukraynada ali məktəbdə təhsilini təşkil etməyi vəd edib. Lakin sövdələşmə pozulub və Hüseynov pulu qadına qaytarmayıb.

Məhkəmə prosesi zamanı o etiraf edib ki, pulu alıb və Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib. Lakin 30 iyul 2015-ci il tarixində məhkəmə Yusiflini fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Sonradan apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Vəkil Fəxrəddin Mehdiyev bu gün Ali Məhkəmədən Yusifliyə bəraət verilməsini xahiş edib, belə ki, onun təqsiri sübuta yetirilməyib. O, həmçinin şikayətçinin Yusifliyə qarşı iddialarından imtina etdiyinə diqqət çəkib. Bu zaman vəkil qeyd edib ki, Yusifli ittihamı təkzib edir və siyasi motivli hesab edir.

Müdafiə tərəfi həmçinin Yusiflinin azad edilməsini nəzərdə tutan istənilən başqa qərarın da məqbul olacağını qeyd edib.

O, Yusiflinin himayəsində iki azyaşlı uşaq olduğu, onlardan birinin ağır formalı diabet xəstəliyindən əziyyət çəkdiyi faktını nəzərə almağı xahiş edib. Vəkil həmçinin Yusiflinin Qarabağ müharibəsi əlili olduğunu nəzərə almağı xahiş edib.

Lakin Ali Məhkəmə cəza müddətini 1,5 il azaldaraq 6 il azadlıqdan məhrumetməyə qədər azaldıb. Vəkil Amerikanın Səsinə bildirib ki, bu qərardan Ali Məhkəmənin Plenumuna və Strasburq Məhkəməsinə şikayət veriləcək.

AXCP lideri Əli Kərimli Amerikanın Səsinə məhkəmənin qərarını “hakimiyyətin Qarabağ müharibəsi iştirakçılarına əsl münasibətinin” göstəricisi adlandırıb.

Ali Məhkəmə Asif Yusiflini azadlığa buraxmayıb
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG