Accessibility links

Müxalifət fəalı dələduzluq ittihamı ilə həbs edilib


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)
Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Daxili İşlər Nazirliyi müxalifətdə olan AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli barəsində açıqlama yayıb. Asif Yusifli noyabrın 25-də saxlanılıb və Nərimanov rayon Məhkəməsi onun barəsində 4 aylıq həb qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, A.Yusifli vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunu dələduzluq yolu ilə alıb və qaytarmayıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Öz növbəsində müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalın həbsinin səbəbi kimi vətəndaşların hüquqlarının müdafiə aksiyasında fəal iştirakını göstərir. Bundan əlavə, A.Yusufli müharibə veteranıdır, ikinci qrup əlildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG