Accessibility links

AXCP üzvünün məhhkəməsi başlayıb


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

İyunun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə AXCP üzvü Asif Yusifli və Rafiq Hüseynovun məhkəmə iclası keçirilib. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.

Vəkil Fəxrəddin Mehtiyev A.Yusiflinin zərərçəkənə dəyən zərəri ödədiyini və zərərçəkənin heç bir şikayəti olmadığı haqda ərizə verdiyini bildirib:

"Buna görə də xahiş edirəm, Cinayət İşinə xitam verilsin və həbs qətimkan tədbiri ləğv edilsin. Asif Yusifli Qarabağ əlilidir, övladları var, biri də ağır xəstədir. Xahiş edirəm, bunlar da nəzərə alınsın".

Prokuror çıxış edərək bildirib ki, zərərçəkənin mövqeyi məhkəməyə bəlli deyil, o, prosesə qatılmayıb. Buna görə də cinayət işi məhkəmə baxışına göndərilsin.

Vəkilin vəsatətləri təmin olunmayıb, məhkəmə işi baxışa göndərilib.

İlkin baxış iclası iyulun 2-i saat 10:30-a təyin olunub.

XS
SM
MD
LG