Accessibility links

Prokuror Asif Yusifliyə 8 il həbs istəyib


Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)
Asif Yusifli (Foto Obyektiv televiziyasınındır)

İyulun 15-də prokuror AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifliyə 8 il həbs istəyib.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirləndirilir. Yusifli ittihamı qəbul etmir və həbsdə saxlanmasını sifariş hesab edir.

2009-cu ildə zərəçəkmiş şəxs övladının Ukraynada ali təhsilini davam etdirməsi üçün təhsil haqqı olaraq Asif Yusifliyə 6 500 manat verib, Asif Yusifli də həmin vəsaiti bu işlərlə fiziki şəxs kimi məşğul olan tanışı, Təhsil Nazirliyinin keçmiş əməkdaşı Rafiq Hüseynova verib. Rafiq Hüseynov məhkəmədə təsdiq edib ki, 6 500 manatı alıb. Sonra iş düzəlmədiyindən söz verib ki, həmin məbləği qaytaracaq. 2010-cu ildə Rafiq Hüseynov başqa məsələlərlə bağlı həbs edilib və məbləği qaytara bilməyib. Bu zaman Asif Yusifli pulu özünün qaytaracağına söz verib. 1500 manat qaytarıb və sonra o, avtomobil qəzasına düşüb, məbləğin ödənilməsi gecikdirilib. Beləliklə zərərçəkmiş şikayət edib. Hazırda Asif Yusifli zərərçəkmişə bütün məbləği və 1200 manat əlavə ödəyib.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, prokurorun çıxışından sonra zərərçəkmiş məbləğin ödnildiyini və Asif Yusiflini bağışladığını məhkəməyə bildirib.

“Prokuror Asif Yusigflinin hərkətlərində ağırlaşdırıcı halların olmadığını bildirdi. Asif Yusiflinin məhkumluğu yoxdur, azyaşlı övladları var, ikinci qrup Qarabağ müharibəsi əlilidir. Bu yüngülləşdirici hallara baxmayaraq prokuror 8 il həbs istədi”, o qedy edib.

Prokurir həmçinin hazırda həbsdə olan Rafiq Hüseynova cəzasının çəkilməmiş hissəsi nəzərə alınmaqla 13 il yarım həbs istəyib. O 2011-ci ildə 11 il həbsə məhkum edilib.

“Məhkəmədə Rafiq Hüseynov Asif Yusiflidən pul aldığını bir daha təsdiq etdi”, vəkil bildirib.

Növbəti proses iyulun 23-ü saat 14:00-a təyin olunub.

XS
SM
MD
LG