Accessibility links

Ərdəbilli Asim adı ilə tanınan məşhur güneyli şair Saleh Asim Kəffaş dünən may ayının 4-də 73 yaşında Ərdəbil şəhərində vəfat edib.

İran xəbər agentliklərinin yazdığına görə, Qanlı Səhər, Yaralı Durna, Nisgilli Gülüşlər, Közlü SözlərSözlü Gözlər kimi əsərlərin müəllifi ötən ildən bəri xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Ədəbiyyatçılar tərəfindən türk və fars dillərində güclü qələm sahibi olaraq dəyərləndirilən Ərdəbilli Asimin xüsusilə “bəhri təvil” üslubunda yazdığı şeirləri ilə məşhur olub. Onun həmin üslubda yazdığı Cəhənnəmdə bitən gülİkinci bəhlül adlı şeirləri güneyli gənclər tərəfindən sevilib və əzbərlənir.

Ərdəbilli şairin dəfn mərasimi bu gün may ayının 5-də doğma şəhəri Ərdəbildə keçirilib.


XS
SM
MD
LG