Accessibility links

Asim Mollazadə:"Demokratiya və insan hüquqları ölkələrimiz arasında münasibətlərin tərkib hissəsidir"(VİDEO)


Vaşinqtonda “ABŞ-Azərbaycan Əlaqələri:Gələcəyə Baxış” mövzusunda Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə keçirilən konfransda iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Aslim Mollazadə ikitərəfli münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib. O, 20 il bundan əvvəl yüksək siyasi dairələri istisna etməklə, Vaşinqtonda nəinki yeni müstəqil Azərbaycan dövləti, regionun belə demək olar ki tanınmadığını deyir. “İyirmi il keçdikdən sonra istər qlobal təhlükəsizlik, istər enerji təhlükəsizliyi sahəsini götürək, Azərbaycan və ABŞ arasında etibarlı tərəfdaşlıq münasibətlərinin qurulduğunun şahidiyik. Bu münasibətlərin gələcəkdə də bu xətlə inkişaf edəcəyinə əminəm”-deyə Asim Mollazadə Amerikanın səsinə bildirib.

Vaşinqtonda aprelin 25-26-da ABŞ-ın hazırkı və keçmiş administrasiyalarının nümayəndələri, Birləşmiş Ştatlar Konqresi və Senatının üzvləri, Amerikanın müxtəlif araşdırma mərkəzlərinin təhlilçiləri, Azərbaycan Dövlət Neft şirkətinin yüksək səviyyərli rəsmiləri, Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycanın dini icmalarının liderlərinin iştirak etdiyi konfransda iki ölkə arasında 20 il ərzində münasibətlərin inkişafı dəyərləndirilib, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi müzakirə edilmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG