Accessibility links

Asim Mollazadə:ABŞ səfərimin məqsədi Azərbaycanın Amerika ilə strateji tərəfdaşlığını müzakirə etməkdir


Asim Mollazadə:ABŞ səfərimin məqsədi Azərbaycanın Amerika ilə strateji tərəfdaşlığını müzakirə etməkdir
Asim Mollazadə:ABŞ səfərimin məqsədi Azərbaycanın Amerika ilə strateji tərəfdaşlığını müzakirə etməkdir

Azərbaycanın millət vəkili, Demokratik İslahatlar partiyasının sədri Asim Mollazadə Amerikanın səsinin suallarını cavablandırıb

Sual-Amerika səfərinizin məqsədi nədən ibarətdir?

Cavab- Azərbaycan-Amerika münasibətləri ilə bağlı bir sıra müzakirələr həyata keçirmək, bununla yanaşı, Azərbaycan mədəniyyətini ABŞ-da təqdim etmək və Amerikanın bir sıra tanınmış universitetləri, elmi-araşdırma mərkəzlərində görüşlər keçirərəərk, yenə də Azərbaycanın Amerika ilə strateji tərəfdaşlığını müzakirə etmək.

Sual -Siz Meriland universitetində keçirilən tədbir də iştirak etmisiniz. Tədbir nə ilə bağlı idi, orada nə kimi çıxışlar səsləndi?

Cavab -Yenə də mövzü Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuşdu. Burada münasibətlərin tarixi, bü günü və inkişaf perspektivləri müzakirə mövzusu oldu. Meriland universitetinin professorları, tələbələri müzakirələrdə iştirak edirdi.Biz Azərbaycanın strategiyası, ölkəmizin hara və necə inkişaf etdiyindən, qarşımızda duran məqsədlər, bu istiqamətdə Amerikanın Azərbaycan üçün önəmi barədə öz fikirlərimizi söylədik. Deyə bilərəm ki, çox maraqlı müzakirə keçirildi. Bundan əvvəl biz Azərbaycanın tanınmış caz və Ritm ansamlını təqdim etdik. ABŞ Konqresində Qarabağ münaqişəsinin həlli barədə müzakirələrimiz olub. Məqsədimiz Azərbaycanın bölgədəki rolu, strateji inkişaf perspektivləri və Amerika ilə tərfdaşlığın önəmi kimi məqamları Amerika ictimaiyyətinə təqdim etməkdəm ibarətdir.

Sual -Siz Beynılxalq Türksoy Mədəniyyət Təşkilatının tədbirlərində də iştirak etdiniz. Konkret rolunuz nə idi?

Cavab -Azərbaycan dövlətinin bu prosesdə rolu var. Bilirsiniz ki, Azərbaycan Türksoyun yaradıcılarından və çox fəal iştirakçılarından biridir.Bizim məqsədimiz böyük İpək yolu strategiyasında Azərbaycanın önəmli bir mədəniyyət mərkəzi olduğu və türk mədəniyyətinin zənginliyi, türk mədəniyyətinin dünya mədəniyyətinin böyük hissəsi olduğunu nümayiş etdirmək idi. Mənə elə gəlir ki, Linkoln teatrında 140 ölkənin çeşidli sənət xadimlərinin təqdimatı böyük maraq yaratdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG