Accessibility links

Asim Mollazadə: Avropa Birliyi məsuliyyəti üzərinə götürməlidir [Video]


Asim Mollazadə: Avropa Birliyi məsuliyyəti üzərinə götürməlidir
please wait

No media source currently available

0:00 0:03:55 0:00

Asim Mollazadə: Avropa Birliyi məsuliyyəti üzərinə götürməlidir

Milli Məclisin deputaının Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə müsahibəsində enerji təhlükəsizliyi, neft və qazın daşınması, regiondakı münaqişələrin həlli yolları, enerji dəhlizinin hərbi təhlükələrdən qorunmasından danışıb.

Amerikanın Səsi: Azərbaycanın hazırki enerji siyasətinin Avropanın təhlükəsizliyində rolunu necə qiymətləndirirsiniz?

Azərbaycan həm də həyata keçirdiyi uzunmüddətli layihələrlə Xəzərin şərq sahillərindəki ölkələr üçün böyük perspektivlər açır.

Asim Mollazadə: Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynamağa başlayıb. Söhbət ilk növbədə Azərbaycanın həyata keçirdiyi qaz boru kəmərləri layihələrindən (TAP, TANAP) gedir. Azərbaycan hazırda cənubi, şərqi və qərbi Avropanın enerji təhlükəsizliyi üçün vacib layihələri həyata keçirir. Azərbaycan həm də həyata keçirdiyi uzunmüddətli layihələrlə Xəzərin şərq sahillərindəki ölkələr üçün böyük perspektivlər açır. Çünki Transxəzər boru xətləri inşa edilərsə yalnız Xəzər qazı deyil, Orta Asiya ölkələrinin qazı da Avropaya çatdırıla bilər.

Amerikanın Səsi: Qərb-İran razılaşmasından sonra bölgənin enerji siyasətində hansi yenilikləır ola bilər?

Asim Mollazadə: Müvafiq qərarlar qəbul edilərsə, o zaman Azərbaycanın Transanadolu (TAP) şəbəkəsindən bir sıra ölkələr, o cümlədən İran da istifadə edə bilər.

Amerikanın Səsi: Türkmənistan prezidenti bildirib ki, türkmən qazının Avropaya çatdırılması üçün Azərbaycan, Avropa İttifaqı, Gürcüstan və Türkiyə ilə danışıqlar davam etdirilməlidir. Bu danışıqların perspektivini necə görürsünüz?

Həm Avropa Birliyinin, həm də ABŞ-ın dəstəyinin böyük əhəmiyyəti var.

Asim Mollazadə: Avropa Birliyi bu istiqamətdə məsuliyyəti öz üzərinə götürməlidir. Daha cəsarətli addımlar atmalıdır. Təbii ki, Transatlantik əməkdaşlığın da bu qərarların verilməsində böyük önəmi var. ABŞ həm Transxəzər boru xətlərini, həm də Azərbaycanın Cənub Dəhlizi istiqamətində apardığı işləri dəstəkləyir. Həm Avropa Birliyinin, həm də ABŞ-ın dəstəyinin böyük əhəmiyyəti var.

Amerikanın Səsi: Layihələrin hərbi-siyasi təhlükəsizliyi ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz? Təhlükəsizliyə təminat verilirmi?

Tam təhlükəsizlik təminatı münaqişlərin həllindən keçir.

Asim Mollazadə: Çox təəssüf ki, bizim bölgədə, yəni Cənubi Qafqaz bölgəsində münaqişələr indiyədək həllini tapmayıb. Bu münaqişələr Avropanın enerji təhlükəsizliyi üçün ən böyük təhdiddir. Tam təhlükəsizlik təminatı münaqişlərin həllindən keçir. Biz Avropa Birliyinin, ABŞ-ın bu istiqamətdə roluna böyük önəm veririk.

Amerikanın Səsi: Beynəlxalq praktika göstərir ki, bir çox hallarda münaqişələr deyil, perspektiv daxili təhlükəsizliyi olmayan ölkələr layihələrə böyük təhlükələr törədir. Bu baxımdan region ölkələrində daxili təhlükəsizliyi necə qiymətləndirirsiniz?

Asim Mollazadə: Mənə elə gəlir ki, ən azı Azərbaycan və Türkiyə bölgədə stabilliyi təmin etmək üçün əsas qüvvələrdir. Bu ölkələrdə stabillik və layihələri həyata keçirmək üçün çox böyük potensial var. Müttəfiqlərin dəstəyi ilə stabillik təmin oluna bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG